İnsanı şəxsiyyətli edən dəyərlərdir bunlar?!


Bu dəyərlərə yiyələnməklə şəxsiyyətli insan ola bilərsiniz:

1. İnsan Allah-taalanın yer üzərindəki xəlifəsidir. İnsani ilahi düşüncələri onu bəşərin yaradılış məqsədini tanımaqdam böyük təsirə malikdir.
([Ey insanlar!] Verdiyi nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi digərinizdən üstün edən Odur.) (Ənam-165).

2. İnsanın elmi tutumu məxluqatın malik ola biləcəyi tutumlardan daha üstündür. Allah: «Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?» - buyurdu.) (Bəqərə-31-33).

3. O, Allahtanıma fitrətinə malikdir; İnsanın batinində Allahı dərk edən bir qüvvə [vicdan] vardır. Bütün inkar və tərəddüdlər, batini [mənəvi] çatışmazlıqlar insanın təbiətindən qaynaqlanır. (Əraf-172).

4. İnsan təbiətində mövcud olan maddi ünsürlərdən başqa, ayrı bir ilahi ünsür də vardır. İnsan, təbiət və metafizikadan, maddə və mənadan, cism və candan ibarət olan bir varlıqdır. ( səcdə-7-9).

5. İnsanın yaradılışı təsadüfi bir iş deyil, əvvəlcədən düşünülmüş və müəyyənləşdirilmiş bir işdir. İnsan seçilib-sayılmış bir məxluqdur. (Taha-122).

6. Allahın yer üzündəki əmanətdarı olan insan azad və müstəqil şəxsiyyətə malikdir. Onun öhdəsinə ağır məsuliyyətlər düşür. İnsan yer üzünü abadlaşdırmalı və özü öz ixtiyarı ilə ya səadət, ya da zillət yolunu seçməlidir. (Dəhr-2-3).

7. İnsan zati kəramət (hörmət) və şərəfə malikdir. Allah-taala onu digər məxluqatdan üstün tutmuşdur. O, yalnız o zaman özünün həqiqi varlığını dərk edər ki, bu zati xüsusiyyətləri başa düşsün, rəzilət, nadanlıq, əsarət (başqalarından asılılığı) və nadanlığı özündən uzaqlaşdırmış olsun. (İsra-70).

8. O, vicdani və batini əxlaqa malikdir. Fitri ilham ilə gözəllik və çirkinliyi dərk edir. (Şəms-7-9).

9. O, yalnız Allahı yad etməklə rahatlıq tapır. Onun istəkləri sonsuz və əbədidir. Allahın müqəddəs Zatından başqa ələ gətirdiyi hər şeydən doyur və uzaqlaşmaq istəyir. İstədiyi yeganə şey varsa, o da Allahın müqəddəs Zatına qovuşmaqdır. (İnşiqaq-6).

10. Yer üzündə mövcud olan bütün nemətlər insan üçün yaradılmışdır. (Bəqərə-29).

11. İnsan yalnız Allaha ibadət etmək və Onun əmrinə itaət etmək üçün yaradılmışdır. (Zariyat-56).

12. İnsan özünü yalnız Allahına itaət etməklə dərk edir. Əgər o, Allahını unudarsa, özünü unutmuş olar, artıq özünün kim olduğunu, nə üçün yarandığını, nə edəcəyini və haraya doğru gedəcəyini bilməz. (Həşr-19).

13. Dünyasını dəyişdiyi andan gözləri önündən «can» və «mən» pərdəsi götürülər və dünyada onun üçün gizli olan həqiqətlər aşkar olar. (Qaf-22).

14. O, yalnız maddi maraq üçün fəaliyyət göstərməyir və onu hərəkətə gətirən qüvvə yalnız maddi istəklər deyildir. İnsan bəzən ali hədəflər uğrunda da çalışır. Bəzən bütün fəaliyyət və səylərini yalnız Allahın razılığını əldə etmək üçün həyata keçirir. (Fəcr-27-28). ixlas.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter