İslam maarifində müsəlman şəxsin öhdəsinə qoyulan 20 haqlar
İslam maarifində insan boynuna gələn əməl olunması vacib haqlar:
1-Övladın haqqı: Onun düzgün tərbiyə olunması və ibadətə meyillənməsi üçün kömək etmək.
2-Qardaşın haqqı: Qüdrətin olduğunu düşünərək ona kömək etməyə çalışmaq,
3-Sənə yaxşılıq edən şəxsin haqqı: Onun ehtiyacı olduğu zaman köməyini əsirgəməmək,
4-Azançının haqqı: İbadətə çatdığı üçün minnətdarlıq göstərmək,
5-Namazda axund və imanın haqqı: Onun hörmətini qoruyub, izzətini artırmağa çalışmaq,
6-Məclisdəki həmsöhbətlərin haqqı: Onların dəyərli olduqlarını göstərməyə çalışmaq,
7-Qonşunun haqqı: Hörmətini, namusunu və varını qorumağa çalışmaq,
8-Dostun haqqı: Onunla insafla rəftar edib günahdan çəkindirmyə çalışçmaq,
9-Malın haqqı: Halal yolla qazanıb xeyir işlərdə işlədib, ehsan etməyə çalışmaq,
10-Borc aldığın şəxsin haqqı: Xoş dillə razılığını cəlb et.
11-Şərikin haqqı: Onu aldatmamaq,
12-İddiaçı şəxsin haqqı: haqqıdırsa kömək etmək və nahaqdırsa mülayim nəsihət etmək,
13-Məsləhətçinin haqqı: Onun sözünü kəsməmək
14-Nəsihətə qulaq asanın haqqı: mülayimliklə danışmaq, təhqirdən uzaq durmağa çalışmaq,
15-Böyüklərin haqqı: Onlardan önə keçməmək və eləcə də nadanlıqda ittiham etməmək,
16-Kiçiklərin haqqı: Məhəbbət göstərib səhvini bağışlamağa çalışmaq,
17-Xahiş edən şəxsin haqqı: Hacətinə müsbət cavab verməkdir.
18-Xahiş olunan şəxsin haqqı: kömək etsə minnətdarlıq edib, aciz olan halda üzrxahlıq etməyə çalışmaq,
19-Allaha xatir səni sevindirən şəxsin haqqı: Allaha və ona təşəkkür et.
20-Sənə pislik edən şəxsin haqqı: Onu bağışlamaq və əks təqdirdə zülm etmədən qisas almaq.