Mürtəza Mütəhhəri İmam Hüseynin (ə) qiyamının dəyəri haqda nə buyurur?
Ustad Şəhid Mürtəza Mütəhhəri:
Əgər Hüseynin (ə) şəhadəti, yalnız kədərli bir hadisə, bir müsibət, haqsız yerə bir qanın tökülməsi hadisəsi olsaydı, digər bir ifadə ilə, çox böyük bir şəxsiyyət də olsa yalnız şəxsiyyətin tələf olma hadisəsi olsaydı, heç bir zaman arxasından bu qədər təsir meydana gətirə bilməzdi. Hüseynin (ə) şəhadətinin bu qədər təsir meydana gətirməsi, onun qiyamının böyük bir ilahi və islami ucalıq, igidlik ehtiva etməsindən ötrüdür. Bu tarix və hadisə, yalnız bir müsibət, bir cinayət və zalım bir birlik tərəfindən edilən bir canilik və zülm məsələsi deyil. Bu hadisə, özünə qarşı cinayətlərin törədildiyi kimsənin, çox böyük bir qəhrəmanlıq nümayiş məsələsidir.