İnsanlardan bəziləri qəbirlərin üstündə ev inşa edirlər, düzgündürmü?
Bu cür etmək icazəli deyil. Çünki, nə qədər ki, ölünün hər hansı qalığı hələ də ordadır hər hansı bir şəkildə qəbirlərə müdaxilə etmək icazəli deyil. Ölülərin toxunulmazlığı dirilərin toxunulmazlığı kimidir. Odur ki, qəbirlərə qarşı hər hansı şəkildə hörmətsizlik etmək qadağandır, istər onların üstünə çıxmaq, qəbiristanlıqdan keçid yol kimi istifadə etmək, qəbiristanlıqda namaz qılmaq olsun, istərsə də qəbiristanlığı insanların müəyyən yaşayış məskəninə çevirmək olsun fərq etməz. Bunlardan heç biri icazəli deyil. Qəbirdə dəfn olunanlar toz-torpağa çevrilib onların cəsədlərindən heç bir şey qalmayıbsa bu istisnadır.