Kümeyl duası kimə məxsusdur və nə üçün oxunur?


Ramazan ayında və xüsusi ilə həftənin dördüncü günü oxunan Kümeyl duası haqqında:
Kümeyl ibn Ziyad tabiinin böyüklərindən idi, yəni Peyğəmbəri (s) görməmiş, səhabələrdən dərs almışdı. O, İmam Əlinin (ə) ən sadiq tərəfdarlarından biri idi. Hətta onu İmamın sirr sahibi də adlandırırlar. Kümeyl İmam Əlidən (ə) dərin məzmunlu bir neçə hədis və xütbə rəvayət etmişdir. Bu şərəfli şəxsiyyət zalım Kufə valisi Həccac tərəfindən şəhid edilmişdir.

Kümeyl duası dərin irfani və etiqadi mənaları özündə ehtiva edən mətnə malikdir. Rəvayətə görə, bu duanı vaxtilə vəhy mələyi Cəbrail (ə) Həzrət Xızr Peyğəmbərə (ə) öyrətmişdi. Həzrət Əli (ə) bu duanı Kümeylə öyrətmiş və Kümeyl onu digər müsəlmanlara çatdırmışdı; ona görə də dua Kümeylin adı ilə adlandırılır. Kümeyl duasını şəban ayının ortalarında və həftənin cümə gecələrində oxumaq xüsusi savaba malikdir. Çox zaman müsəlmanlar ramazan ayının cümə gecələrində məclislər qurub, hissə-hissə bu duanı oxuyurlar. Kümeyl duası əsas etibarilə Allah-təalanın vəsfinə, ondan dünya və axirət istəklərinin tələbinə həsr edilib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter