Şeytan Məhəmməd Peyğəmbərə (s) dedi: Müsəlmanların əməllərində 6 əməl məni narahat edir?!


Şeytan müsəlmanların peyğəmbəri (s) olan Həzrət Muhəmmədə (s) dedi: İnsanlarda olan 6 əməli görəndə dözümüm sona çatır və çox narahat oluram:

1-Adəm övladı bir-birini görəndə salamlaşanda,
2-Adəm övladı bir-birini görəndə əl verib görüşəndə,

3-Adəm övladı bir-birini görən zaman söz verəndə deyərlər İnşallah (yəni Əgər Allah istəsə, Allahın qüdrətini təsdiq edərlər)
4-Adəm övladı etdiyi günah qarşısında əstəğfirullah deyəndə, (yəni günahları qarşısında Allahdan bağışlanma diləyərlər).

5-Adəm övladı hər bir işiə başlayanda bismillah deyəndə, (yəni Allaha xatir bir işimi başlayıram. Rəvayətlərdə də buyurulur ki, Allahın adı ilə başlanan əməl heç zaman yarımçıq qalmaz).

6-Müsəlman ümmət peyğəmbərlərinin adını eşidən zaman ona və ailəsinə salam deyəndə.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter