İmam Hüseyn (ə) dövründə olan insanları üç dəstəyə bölmək olar!
Tarixi cərəyanşünaslıq nəzərindən İmam Hüseyn (ə) dövründəki cəmiyyəti ümumi 3 cərəyana təsnif etmək olar:
-Birinci cərəyan Seyyidüş-Şühəda özü və onun köməkçiləridir. Bu insanlar yüksək mərifət sahibi idilər, öz dövrlərindəki dini məsələləri yaxşı dərk edirdilər. Onların nəzərincə, İmam bütün xəta və səhvlərdən məsum, nəfs istəklərinə tabe olmayan həqiqi mömin idi. Qeyd etməliyik ki, Təkcə sağlam baxış insanı səhvdən qoruya bilmir.
-İkinci cərəyana Yezidin rəhbərlik etdiyi əməvilər daxil idi. Onların baxışı zülm və fəsad üzərində qurulmuşdu. Bu gün biz Yezidin azğın olduğunu tam aydın dərk edirik. Amma həmin dövrdə bunu təyin etmək o qədər də asan deyildi.
-Üçüncü cərəyan iki cərəyan arasında yerləşir. Bu cərəyanı taımağın xüsusi əhəmiyyəti var. Bu cərəyandan olanlar bəzən zahirdə, bəzən isə batində İmam Hüseyni (ə) sevənlər idilər. Amma onların sevgisi Kərbəlada olanların sevgisi kimi deyildi. Bu sevgi onların Aşuraya üz tutması üçün bəs etmədi. Bu cərəyana daxil olan qruplar müxtəlif bəhanələrlə İmam Hüseyn (ə) qiyamına qoşulmadılar. Bunların dünya maraqları onların haqq yolu ilə getməsinə mane olurdu.
Bəsrə qəbilələrindən birinin başçısı olan Əhnəf bin Qeys Siffeyn döyüşündə Həzrət Əlinin (ə) qoşununda idi.
O deyir İmam Hüseyn (ə): \"Biz Əbəl-həsən (ə) övladlarını sınaqdan keçirmişik. Onların hakimiyyət, var-dövlət toplamaq, müharibədə hiylə gücü yoxdur.” O öz cavabı ilə Əhli-Beytlə (ə) keçmişdəki dostluğunun sirrini açmış oldu. Özü deyir ki, mən Əli (ə) ailəsini yoxlamışam, onların ardınca gedənlər var-dövlətə, mənsəbə, qələbəyə çata bilməz.\" Demək, bir qrupun Əhli-Beytə (ə) ardıcıllıqdan məqsədi dünya mənafelərinə çatmaq olub. Onlar nə zaman mənafeləri təmin olunubsa Əhli-Beyt (ə) ardınca gediblər. vilayet.nur-az.