Həzrət İsa (ə)-ın hədisində insanın üzünün çirkinləşməsinin səbəbi nə olaraq tanıtdırılır?
Həzrət İsa (ə)-ın hədisində insanın üzünün çirkinləşməsinin səbəbi:
İslam Peyğəmbərindən (s) nəql olunur: \"Həzrət İsa (ə) bir şəhərə daxil olarkən bir kişi və qadının çəkişməsinə şahid oldu. İsa (ə) soruşdu: Niyə çəkişirsiniz? Kişi dedi: Ey Allahın Peyğəmbəri (ə) bu qadın mənim həyatyoldaşım və çox yaxşı xanımdır. Amma mən onu sevmirəm və ondan ayrılmaq qərarına gəlmişəm. İsa (ə) buyurdu: Nə üçün ondan ayrılırsan və sevmiyirsən? Kişi dedi: Xanımımın üzü qocalıb, özü cavan olsa belə. Həzrət İsa (ə) üzünü qadına çevirərək, buyurdu: Üzünün yenidən təravətli və bəyənilən vəziyyətə qayıtmasını istəyirsən? Qadın ərz elədi: Bəli. İsa (ə) buyurdu: Bir şey yeyəndə doymazdan öncəyə qədər ye. Çox yeyərək mədəni doldurursan, və yemək mədəndə çox olaraq acılıq verir və Ruhu qocaldır. Ruhun qocalığı isə üzdə özünü göstərir.
O qadın Həzrət İsanın (ə) dediklərinə əməl etdi. Xanımın üzünün gözəlliyi geri qayıtdı və yenidən ailəsində sevinclik yarandı. avarpers.com