Həzrət Musanın (ə) Allah-Taaladan 7 suala cavab alması.


Həzrət Musanın (ə) Allah-Taaladan 7 sualına cavab alması:
1-İlahi! Səndən həya edərək xəyanəti tərk edənin savabı nədir? Cavab: Qayamət günü ona əzabdan əman vardır,
2-Mömini öldürən şəxsin cəzası nədir? Cavab: Qiyamət günü Allahın rəhmətindən məhrum və günahları bağışlanmaz,
3-Kafir şəxsi hidayət edən şəxsin savabı nədir? Cavab: Qiyamətin çətin günündə özündən başqa kimi istəsə özü ilə behiştə apara bilər.
4-İbadət və xüsusən namazlarını vaxtında qılan şəxsin cavabı nədir? Cavab: İstəkləri qəbul olunar.
5-Mənəvi təharətə sahib olanın savabı nədir? Cavab: Mənəvi paklığına diqqət edən şəxsin savabı qiyamətdə nur sahib olmasıdır.
6-Ramazan ayının orucunu tutan şəxsin savabı nədir? cavab: Qiyamət günündə ona qorxu yoxdur.
7-Sileyi-Rəhm edənin savabı nədir? Cavab: “Ölümünü təxirə salaram. Can verən anını ona asan edərəm. Behişt xəzinədarları onu səsləyər ki, bizə tərəf gəl. Hansı qapıdan istəyirsənsə behiştə daxil ol”. \"Əmali, Şeyx Səduq, səh: 207\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter