İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü hansı hadisələr vermişdir?
İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü baş verən hadisələr:
Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı-məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır:
1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
2. Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
3. Hz. Yunus (ə.s) balığın qarından bu gün xilas olmuşdur.
4. Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
5. Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
6. Hz. İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
7. Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
8. Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) aşura günü dünyaya gəlmişdir.
9. Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
10. Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır. (Təbərani)
Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində aşura günü Kərbəlada şəhid edilmişdir.