Əhli-Beyt (ə) əzadarlıqlarına uyğun əzadarlığın hansı xüsusiyyətləri olmalıdır?
Əhli-Beyt (ə) əzadarlıqlarına uyğun əzadarlığın xüsusiyyətləri:
Əzadarlığa iki baxımdan yanaşmaq lazımdır. Bir məzmun, digəri forma baxımından. Məzmun baxımından şərt budur ki, əzadarlıqda haram işə yol verilməsin, yalan və şişirtmə olmasın, məzhəbi gözdən salacaq işlərə yol verilməsin, İmam Hüseyn (ə) və məsumların məqamı uca tutulsun, eyni zamanda möminlər və əzadarların şəxsiyyəti alçalmasın. Yəni əzadarlıq məzmunca Əhli-Beyt (ə) etiqadına zidd olmamalıdır, icazə verilməyən musiqi kimi haram işlərə yol verilməməlidir. Əzadarlıqda elə iş görməməliyik ki, düşmənin əlinə bəhanə düşsün, bu işlərdən Əhli-Beyt (ə) məktəbinin ziddinə istifadə olunsun. Bütün bunlar Əhli-Beyti (ə) razı salacaq nöqtələrdir. nur-az.