İmam Hüseynə (ə) əzadarlıq etməyin 5 bərəkəti.


Hədislərimiz Məsumlar (ə) üçün əza saxlamayı tövsiyə edir və bu əzadarlıqların faydalarını bəyan edirlər. Bu əzadarlıqlar Əhli-beyt (ə) məktəbinin qalıcı olması üçün mühüm amildir.
Əzadarlıq məclisləri təşkil etməyin çox sayda bərəkəti vardır ki, onlardan bəzisinə işarə edək:

1. Günahların bağışlanması.

Əzadarlığın ilk bərəkəti odur ki, insanın günahlarının bağışlanmasına səbəb olar. Hədislərdə oxuyuruq ki, hər kim İmam Hüseynin (ə) əza məclisinə daxil olar və əzadarlıq edər, onun günahları bağışlanar. Hətta Peyğəmbər (s) Əhli-beyt (ə) müsibətinə göz yaşı tökən insana behişti vacib bilmişdir.

2. Çoxlu savab.

Hədislərdə oxuyuruq ki, İmam Hüseyn (ə) ziyarəti üçün həcc və ümrənin savabı bəyan olunur. Hətta bəzi hədislər buyurur ki, hər kim İmam Hüseyni (ə) ziyarət edər, sanki Allahı ərşində ziyarət etmiş kimi olar. Əlbəttə Allah cisim deyildir ki, Öz kürsüsündə əyləşsin. Allahın ərşi deyildikdə, Allahın yer üzərindəki hakimliyi nəzərdə tutulur. Bu hədislərə görə İmam Hüseyni (ə) uzaqdan və yaxından ziyarət etməyin savabı sanki Allahı ərşində ziyarət etməyin savabına bərabərdir.

3. Aqibətin xeyirli olması.

Əzadarlığın üçüncü faydası aqibətin xeyirli olmasıdır. Başqa sözlə desək, İmam Hüseynin (ə) inayət əli öz əzadarlarının üzərində olar. Bu vasitə ilə əzadarlar pis aqibətindən amanda olarlar. Xeyirli aqibətin üç mənası vardır: birinci budur ki, izzətdən sonra zillətə düşməz. İkincisi budur ki, ömrünün axırına qədər dinində dəyişməz. Üçüncüsü budur ki, ölən zaman Əhli-beyti (ə) görər. Onlar həmin əzadara yardım edərlər və o, başıuca olar. Əzadarlıq məclisləri əzadar üçün aqibətin bu üç növünə də şamil olur. Təcrübə də göstərir ki, o kəslər ki, məscidlər və Hüseyniyyələrlə sıx rabitədədir, onların aqibəti xeyirli olar. Aqibətin xeyirli olması dünyadan və ondan olanlardan daha dəyərlidir.

4. İslamın cavidan olması.

Əzadarlığın dördüncü faydası budur ki, İslam dininin və Əhli-beyt (ə) məktəbinin cavidan olması üçün şərait yaradar. İmam Hüseyn (ə) İslamı dirçəltmək üçün Kərbəlaya gəlir. Həmin dövrdə din məhv olmaqda və Əhli-beyt (ə) məktəbi unudulmaqda idi. Lakin İmamın (ə) qiyamı və şəhadəti vəziyyəti tamamilə dəyişdi. İmamın (ə) şəhadəti ilə Peyğəmbər (s) sünnəti yenidən dirçəldir və Əhli-beyt (ə) məktəbi ayağa qalxdı. İmamın (ə) şəhadətindən bir müddət keçməmiş Bəni-Uməyyənin kökləri qurudu və İslam dini qalıcı oldu. İmam Hüseyn (ə) öz səhabələrinə Aşura günü belə buyurmuşdu: “Sizin kimisi olmayıb və gəlməyəcək də”. Hər kim əzadar məclislərində iştirak edər, İmamın (ə) səhabələri kimi olar.

5. Dualar yerinə yetər.

Əzadarlığın başqa bir faydası budur ki, bu məclislərdə edilən dualar yerinə yetər. Mərhum Dəstiğeyb nəql edir: “Şirazda qarın yatalağı xəstəliyi yayılmışdı. Həmin zamanda bu xəstələyin müalicəsi yox idi. Bir ailədə bir neçə nəfər bu xəstəliyə düçar olmuşdu. Həmin ailə nəql edir ki, bir gün qonşuda mərsiyə məclisi təşkil olunmuşdu. Mən həmin məclisə getdim və İmam Hüseyn (ə) üçün göz yaşı tökdüm. Həzrət Zəhradan (s.ə) xəstələrim üçün şəfa istədim. Evə gələn zaman gördüm ki, arvad-uşağım oturub yemək yeyirlər. Təəccüb etdim. Qızım dedi: “Atacan, Həzrət Zəhra (s.ə) bura gəlmişdi və o, qara geyimdə idi. O, İmam Hüseynə (ə) dedi ki, bizim başımıza əl çəksin və o, da bizim başımıza əl çəkdi. Biz də sağaldıq”. deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter