İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:
İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:
1- Allahın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt ne\'mətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.» (Əl-Bihar, 44-cü cild, səh. 293)
2-İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.» (Bihar, 44-cü cild, səh. 280)
3- Şeyx Səduq İmam Sadiq (ə)-dan, o da öz atasından, atası da öz atasından belə nəql edir: «Bir gün İmam Hüseyn (ə) qardaşı İmam Həsən (ə)-ın yanına getdi və ona baxıb ağladı. İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram. İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz.» (Nəfəsul-məhmum, səh. 484)
4-İmam Sadiq (ə) buyurub: «Yəhya ibni Zəkəriyyanın və Hüseynin qatili zinadan əmələ gələndir. Göylər bunlardan (Yəhya ibni Zəkəriyya və Hüseyn) başqasına ağlamayıb.» (Bihar, 44-cü cild, səh. 302)
5- İmam Sadiq (ə) buyurub: «O həzrət (İmam Hüseyn ələyhis-salam) ona ağlayan kəslərə baxıb, onun bağışlanmasını Allahdan istəyir və atası Əli (ə)-dan da onun bağışlanmasını istəyir. O həzrət onun üçün ağlayan şəxsə xitab olaraq deyir: Əgər bilsəydin ki, Allah sənin üçün nə mükafatlar hazırlayıb sevincin qəm-qüssədən daha çox olardı. Həqiqətən İmam Hüseyn (ə) ona ağlayanın bütün günah və xətalarının bağışlanmasını Allahdan istəyir.» (Bihar, 27-ci cild, səh. 300) əhli-beyt.ge