İmam Əlinin (ə) ardıcılının xoşbəxt olması üçün 4 əməl hansılardır?


Bu insanlar üçün xoşbəxtlik o zaman həyata keçər ki, İlahi razılıq əldə olunar. Məsumlarımız (ə) bizə bu xoşbəxtliyə çatmağın yollarını tövsiyə edirlər.

1. Elmə əməl etmək. Əgər insan elminə əməl etməzsə, insanlıqdan və əxlaqdan uzaq olar. İnsan napak həyata tərəf meyl edər. Halbuki, hədislərimiz buyurur ki, əgər insan bildiklərinə əməl edərsə, xoşbəxt ola bilər. Necə ki, İmam Əli (ə) buyurur: “Elmə əməl edin ki, xoşbəxt olasınız”.

2. Tənbəllikdən uzaq olmaq. Bu dünyanın xüsusiyyətləri belədir ki, insan əgər zəhmət çəkərsə, dünya istəklərinə çata bilər. İnsan əgər səy göstərməzsə, maddi heç bir şeyə çata bilməz. Nəticədə də qəmgin və qüssəli olar. İnsan arzu etdiyi istəklərinə çata bilməyən zaman məğlubiyyət hiss edər. Bu hiss o qədər inkişaf edər ki, insan həyatdan ləzzət almaz. Xoşbəxtlik hissi aradan gedər. Ona görə də İmam Əli (ə) buyurur: “Rahatlıq, tənbəllik və xoşbəxtliyə çatmaq bir-birlərindən necə də uzaqdırlar”.

3. Alimlərlə yoldaş olmaq. İnsan hələ ki, fürsəti var, bilmədiklərini öyrənməyə cəhd göstərməli və qəflətdən, həyatın bər-bəzəyindən uzaq olmalıdır. Alimlərlə eyni məclislərdə olmaq və onların söhbətlərinə qulaq asmaq insanın gözünü açar. İnsan vaxtını batil işlərlə keçirtməz. İmam Əli (ə) buyurur: “Alimlərlə yoldaş olun ki, mübarək və xoşbəxt olasınız”.

4. Nəfsi mühasibə etmək. O kəs ki, əməllərini mühasibə edər, çalışar ki, daha çox İlahi əmrlərə əməl etsin. Bu insan hər an Allahın razılığını əldə etməyə çalışar. İmam Əli (ə) buyurur: “O kəs ki, nəfsini mühasibə edər, xoşbəxt olar”. ahliman.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter