«Nur» ayəsİ kİmə şamİldİr?
Cavab: Qurani-kərimin «Nur» surəsinin 35-ci ayəsi «Nur» ayəsi kimi məşhurdur: «Allah göylərin və yerin nurudur...».
Qurani-kərimdə və İslam rəvayətlərində yeddi şey «nur» kimi xatırlanır:
1. Qurani-kərim ;
2. Allaha iman ;
3. İlahi hidayət ‒ Allah-təalanın öz bəndələrini doğru yola yönəltməsi ;
4. İslam dini ;
5. Həzrət Məhəmməd (s) ;
6. İmamlar və məsum rəhbərlər;
7. Elm və bilik.
Günəş sistemində nurun ilkin mənbəyi günəş olduğu kimi, sadalananlar arasında da nurun ilkin mənbəyi Allahdır. Quran Onun kəlamı və İslam Onun ayini olduğu, peyğəmbər Onun tərəfindən göndərildiyi və imamlar Onun ayinlərini hifz etdiyi üçün, nur hesab edilir.
--------------------------
«Maidə» surəsi, ayə 15.
«Bəqərə» surəsi, ayə 257.
«Ənam» surəsi, ayə 122.
«Tövbə» surəsi, ayə 32.
«Əhzab» surəsi, ayə 46.