İnsan ruhunun ilahiləşməsi üçün lazım olan dini maarif Ərəfə duasında necə əks olunur?


Ustad Ənsariyan: Ərəfə duası insan ruhunun ilahiləşməsinə yardım edir:

Duanın bir hissəsi “Əntəlləzi” ifadəsi ilə başlayır. İnsanın etiqadının islahı istiqamətində addım atılır. İnsan tövhid nöqtəsinə yönəldilir. İnsana deyilir ki, sənin dünya və axirətin, dərdlərinin çarəsi pul, güc, daxili və xarici amillər yox, Aləmlərin Rəbbidir. Əba-Əbdillah (ə) öz əməlləri ilə Allahı insanlara tanıtdırır. Deyir ki, Sən məni geyindirdin, Sən məni sirab etdin, Sən məni doyurdun, Sən məni tənhalıqdan xilas etdin. Deyir ki, Sən məni daxilən özünə və peyğəmbərlərinə doğru yönəltdin.
Burada Əba-Əbdillah (ə) etiqadi bir mövzunu kamil şəkildə dilə gətirir. İnsan bu növ söhbəti dərk etsə, onun ruhu zənginləşər. Dua əhli, bu duanın cümlələrini düşünərək oxuyanlar özünü göz yaşlarından saxlaya bilmir.

İnsan Seyyidüş-Şühədanın (ə) Aləmlərin Rəbbi ilə elə bir söhbətinə şahid olur ki, duanı oxuyanın ruhiyyəsi təlatümə gəlir, Allahın rəhmani cilvəsi insanın vücudunun dərinliklərində təcəlla edir. vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter