Nə üçün məsum imamlar ən ali dini məfhumları insanlara çatdırmaq üçün dua yolunu seçib?


Höccətülislam Şeyx Hüseyn Ənsariyan cavab verir:
-Çünki bütün insanların vücudu duaya ehtiyaclıdır. İnsan başdan-ayağa qədər istəklərdən ibarətdir. Amma əsas yolu itirib. İnsan daim dünyada nümunəsi olmayan elm və iqtidar sorağındadır. İnsanların vücudu dua ilə yoğrulub. Bu dua dildə, düşüncədə ola bilər. İnsanın “istəyirəm” sözünə bağlılığı dua ehtiyacıdır. “Çatmaq istəyirəm”, “üstün olmaq istəyirəm”, “varlı olmaq istəyirəm” kimi istəklər hamısı duadır. İmam Hüseyn (ə) oxuduğu məşhur Ərəfə duasında insana öyrədir ki, bütün bunların mayası sənin canındadır və kimsə sənin qarşını kəsə bilməz. O düzgün istəmək yolunu öyrədir.

-Məsum İmamlar insanların vücudunda olan bu istedaddan bəhrələnərək onlara doğru yolu öyrədiblər. Onlar bilirdilər ki, insanlar duaya arxa çevirən deyil. Mən bir dəfə Londondan qayıdanda namaz qılmaq istədiyimi bildirdim. Mənə səccadə və möhür verib qibləni göstərdilər. Mən namazı başa çatdırandan sonra hicabı qənaətbəxş olmayan bir xanım məndən soruşdu ki, ötən günün namazını qılmısınız? Cavab verdim ki, bəli. Dedi biz çox bədbəxtik, siz bizə dua edin. Məsum İmamlar duanın insanların vücuduna yoğrulduğunu biliblər. Ona görə bu yolu seçiblər. Başqa dinlərdə də bundan istifadə olunub. Məsihilər, zərdüştilər, kəlimilər də dua edirlər. Məsumlar biliblər ki, insanları dua vasitəsi ilə doğru yola yönəltmək daha asandır.

-Məsələn, elə Ərəfə günü xalqa elan etsinlər ki, böyük bir din alimi sizə əxlaqdan danışmaq istəyir. Bu söhbətə heç 30 nəfər yığışmaz. Amma deyilsə ki, dua mərasimi var, dua başlamamışdan da qabaq xeyli insan toplanar. Çünki insanların vücudunda duaya ehtiyac var. Bu ehtiyacı başqa söhbətlərə münasibətdə hiss etmirlər. vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter