Azğınlarla ünsiyyətin mənfi təsiri haqda İslam maarifinin fikrini yazın?


Ayətullah Misbah Yəzdi ağa bu haqda belə buyurur:
Saleh olmayan insanlarla yaxınlıq Allahı unutdurur, insanın əqidəsini süstləşdirir. Zəif iradəli insanlar yaxınlıq etdikləri fərdlərin rəngini götürür, onlarla həmxasiyyət olur. Belələri hər ünsiyyətdən sonra başqalaşır. Amma unutmamalıyıq ki, şəxsiyyətli və iradəli insanlar da büdrəmədən amanda deyil. Onlar da günahkarlarla ardıcıl ünsiyyətdə olduqda tədricən təsirə məruz qalır. Ardıcıl şəkildə qeyri-saleh dairələrə qatılanlar nəhayətdə simasını dəyişir. Deyirlər bir abid dolanışıq üçün öz qoyununun südündən istifadə edirdi. İki şəxs bu qoyunu oğurlamaq qərarına gəldi. Onlar bu məqsədlərini həyata keçirmək üçün plan cızdılar. Birinci oğru abidin yanına gəlib salam verdi və dedi: “Mən təəccüb edirəm ki, sizin kimi bir abid qapısında donuz saxlayır.” Abid dedi: “Bu donuz deyil, qoyundur. Birinci oğru gedəndən sonra ikinci oğru abidə yaxınlaşdı. Salam verib dedi: “Necə olur ki, sizin kimi bir abid donuz saxlayır?” İkinci oğrunun sözlərindən sonra abid şəkkə düşdü. Düşündü ki, bəlkə o yanılıb donuzu qoyun sayıb və onun südündən istifadə edib. Nəhayət, bu şübhələrdən qurtarmaq üçün qoyunu küçəyə buraxdı və oğrular rahatlıqla öz məqsədlərinə çatdılar.

İnsan öz etiqadlarına nə qədər bağlı olsa da, başqalarının uyğun əqidəyə qarşı ardıcıl şəkildə şübhə yaratmaq cəhdləri öz təsirini göstərir. İnsan tədricən tərəddüdə düşür. Bu səbəbdən də Qurani-kərim möminləri azğınlarla ünsiyyətdən çəkindirir: “Allah öz kitabında sizin üçün nazil edib ki, Allahın ayələrini inkar edib rişğəndə qoyduqlarını eşidirsinizsə, söhbəti dəyişənədək onlarla əyləşməyin. Çünki bu halda siz də onlar kimi olacaqsınız ...” Əqidəsində dağ kimi möhkəm insanlar çox azdır. Onların bəsirəti o qədər güclüdür ki, azğınların şübhə yaradan danışıqları onlara təsir etmir. İnsanların əksəri isə asanlıqla təsir altına düşür. Başlanğıcda şübhələri qəbul etməyən adi insanlar bu şübhələr təkrarlandıqda təslim olurlar. Əgər şübhələr saxta dəlillər və aldadıcı zövqlə təqdim olunursa, qarşı tərəf bir anda ovsunlanır. İmam Hadi (ə) sözün təsiri ilə bağlı buyurur: “ Danışanı dinləyən ona bəndəlik etmişdir. Əgər danışan Allahın sözünü danışırsa, dinləyən də Allaha bəndə olur. Əgər danışan şeytanın dilindən danışırsa dinləyən də şeytana bəndəlik edir. islamnuru.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter