Fərəc duasını oxumağın nə belə faydaları var?
İmam Cəfəri Sadiq (ə) buyurur: \"Hər kəs mənim övladım Mehdi (ə) fərəci üçün dua edərsə, oda onun üçüm dua edər və xoş olsun zəmanəsinin İmamı haqqında dua edən şəxsin halına\". Həmçinin (fərəc üçün dua etməyin) bir çox faydaları da vardır ki, burada Quran ayələri və hədislər ilə uyğun olan bir neçə faydalı \"Mikyalul-məkarim\" kitabından nəql edirik: Fərəc üçün dua etməyin faydaları
1-Lənətlənmiş şeytanı narahat edir.
2-Duanın qəbul olunmasına səbəb olur.
3-Axirəz-zamanın fitnələrindən nicat tapmağa bais olur.
4-Günahların bağışlanmasına səbəb olur.
5-Həzrətin şəfaəti qiyamət günündə ona şamil olacaqdır.
6-İntizar çəkmək əlamətidir.
7-Həzrəti Sahibəzzaman (ə) zuhurunu tez yetirir.
8-Ömrün uzanmasına səbəb olur.
9-Ölümünün vaxtı ona müjdə verilir və onunla yaxşı rəftar edilir.
10-İmam (ə) nurunun onun qəlbinə daha çox saçmasına səbəb olur.
11-Allah taala yanında daha sevimli ola.
12-Onun pis əməlləri yaxşı əməllərə çevriləcəkdir.
13-Əmirəl möminin Əli (ə) Qiyamət günü onun haqqında dua edəcəkdir.
14-Hesabsız olaraq Cənnətə daxil olacaqdır.
15-Mələklər onun üçün istiğfar edəcəklər.
16-Qiyamət günü susuzluqdan amanda qalacaqdır.
17-Bu dua bərzəx və Qiyamətdə (onu oxuyan ilə) mehriban bir dosta çevriləcəkdir.
18-Qəm qüssəni aradan aparır.
19-Bu dua Allah taala yanında daha sevimli əməllərdən biridir.
20-Qiyamət günü məxsus hədiyyələr alacaqdır.
21-Dinin kamilləşməsinə səbəb olur.
22-Hz Mehdinin (ə) bayrağı altında şəhid olanın savabına nail olar.
23-Pak və məsum İmamlar ilə birlikdə olar.
24-Qiyamət günü şəhidlərin daha uca məqamləarına nail olar.
25-Hz Fatimeyi Zəhra (s,ə) şəfaəti ilə olar. ixlas.