Mərhum Behçətin baxışında İmam Zamanla (əc) görüşə bilməməyin səbəbi nədir?
-Mərhum Ayətullah Behcət İmam Zamanla (əc) görüşə bilməməyin səbəbini belə açıqlayır: \"Günahlarımız (Vacibləri tərk etməyimiz və haramlardan uzaq durmamağımız\" Əsrin İmamı ilə görüşməyə ən böyük maneədir\"
-Mərhum Behcət (r) belə sual verir: \"Əgər günahlardan çəkinsək, və həqiqi onun yolunu gözləyənlərdən olsaq İmam Zaman (əc) bizi görməyə gəlməzmi?!
-Şübhəsiz ki, günahlarımız səbəb olmuşdur ki, əsrin İmamı bizlərə diqqət etməsin. İmam Zaman (əc) Şeyx Mufidə (r) yazdığı məktubunda belə buyurur: \"Bizi şiələrimizdən heç bir şey uzaq salmamışdır, məgər bu ki, onlar günah və çox ağır səhvlərə üz gətirirlər, ki bizlərə bu əməllər çatdırılır. Biz onların bu əməllərini sevməz və onlara bu işlərini (günahlarını) yaraşdırmarıq.\"
-Mərhum Behcət (r) əlavə edir: Əgər desəniz ki, niyə əsrin İmamını görə bilmirik, cavabınız bu olacaq ki, niyə (Allahın) vacibat və haramlarına diqqətli deyilsiniz? O (İmam) bizim bu əməllərimizə (vacibə və harama diqqətimizə) razıdır. Ən təqvalı insan o şəxsdir ki, haramlardan çəkinsin. Vacibləri tərk etməyimiz və eləcə də haramlara üz gətirməyimiz o həzrətlə görüşməyimizə ən böyük maneədir.\"
-İmam Sadiq (ə) buyurur: \"İmam Zamanın (əc) həqiqi dostlarından olmaq istəyən şəxs gərək həqiqi ədalət gətirəcək şəxsin intizarında olsun. Və müntəzir olduğu müddətdə təqvalı olub bəyənilmiş əxlaqa yiyələnməlidir.\" negar.charchoob.com