Ayətullah Məkarim Şirazi doktor Zibakəlamın Facebook-la bağlı sualını cavablandırır:
Əxlaq ustadının sosial şəbəkə barədə nüsxəsi:
Şiə məzhəbində müridizm (gözləri bağlayıb mürşid ardınca getmək) məqbul sayılmasa da, əxlaq ustadı seçmək, fiqhə aid olmayan suallara cavab tapmaqda əxlaq ustadından kömək istəmək təqdir edilir.
Bəli, Facebook! Yaxşıdır ya pis? Bunun fiqhi cavabı da var. Fiqhi cavab bundan ibarətdir ki, harama səbəb olarsa, olmaz – eynən başqa mübahisəli mövzular kimi. Əxlaq Ustadı isə hər şəxsə onun şəraitini nəzərə almaqla nüsxə verir.
Birinci sual bu oldu ki, pis görüntülərdən, şübhəli rabitələrdən qoruna bilirsiz?
...Hazırkı vəziyyətdə, cavab müsbət oldu. Yəni qorunuram.
İkinci sual: İşiniz məlumat almaqdır, yoxsa məlumat vermək?
...Hər ikisi. Mənim işim daha çox şeirlər paylaşmaqdır.
Üçüncü sual: Nə qədər vaxt sərf edirsiniz? Bu işinizə mane olur?
...İşim kompyuterdə olduğundan FB səhifəsi açıq alır. Bəli, bəzən gündəlik işimin yarısını yerinə yetirə bilmirəm.
Dördüncü sual: Əgər bu şəbəkədən imtina etsəniz, nə itirəcəksiniz?
...Köhnə dostlarla, yeni dostlarla əlaqə kəsilmiş olacaq.
Son tövsiyə: Haram və şübhəli görüntülərdən və rabitələrdən qorunmaqla həftədə bir dəfə, iki saat şəbəkədən istifadə edin. Gün və saatı dostlara bildirin. Məsələn, cümə günü axşam 22-00-dan 24-00-a qədər. Həmin vaxtda dini baxımdan faydalı məlumatlar paylaşmağa çalışın. Müvəffəq olun. farhangnews.ir