Həzrtə Peyğəmbərin (s) Xanim Fatimə (s.ə) üçün yatmazdan öncə tövsiyə etdiyi əməllər hansılardır?


Həzrət Peyğəmbər (s) Fatimənin (sə) evin gəldi və axşam yatan zaman bəzi əməlləri etməyi tövsiyə buyurdu. Yatmazdan öncə bu əməlləri etmək çox savablıdır:

Həzrət Fatimeyi-Zəhra (sə) buyurur: Axşam vaxtı yatmağa hazırlaşırdım. Allahın Rəsulu (s) evimə gəldi. Buyurdu: (Qızım) yatma hələ, 4 əməli et: Quranı xətm et, Peyğəmbərləri (s) şəfaətçin tut, möminləri özündən razı et və həcc və ömrə ziyarətinə get.

Bunu buyurdu və namaz qılmağa başladı. Səbr etdim namazı sona çatsın. Dedim: Ey Allahın Rəsulu! Mənə 4 əməli etməyi əmr etdin bir halda onları etməyə gücüm yoxdur! O həzrət gülümsədi və buyurdu:

1-(Gecə Quranı xətm et - yəni) 3 dəfə ixlas surəsini oxusan elə bil ki, bir Quran xətmini (savabını) qazanmısan,

2-(Peyğəmbərlərin şəfaətini qazan) Elə ki, mənə və məndən öncəki Peyğəmbərlərə salavat desən, qiyamət günü sənə şəfaət edənlərdən olarıq,

3-(möminləri razı sal) Yəni yatmazdan öncə hamı üçün bağışlanma dilə, onların hamısı səndən razı qalacaqlar,

4- (həcc və ümrə et yəni) - bu cümləni yatmazdan öncə de: \"Subhanəllah vəlhəmdulillah və la ilahə illalahu vəllahu əkbər\" həcc və ümrə ziyarətinə getmiş şəxsin savabını qazanarsan. 14-masoum.com


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter