İMam Səccad (ə): Möminin üçün dünyada 3 sığınacaq yer var.


Həzrət İmam Səccad (ə) buyurdu: \"Bu dünyada mömin üçün 3 sığınacaq yer var:

1-Bu cümləyə şəhadət versin “La ilahə illallah vəhdəhu la şərikə ləh”;
2-İslam Peyğəmbərinin (s) şəfaətinə sığınsın;
3-Allahın rəhmətinin genişliyinə ümidli olsun; (Bu mənada ki, günahından tövbə etməyə tələssin),

Sonra həzrət buyurdu:
a) “Allahdan qorx, çünki sənə qarşı qüdrət sahibidir;
b)və Ondan həya et (günahla qarşılaşanda), çünki sənə yaxındır;
c) Eləki namaza dayandın elə halda ol ki, güman edəsən axrıncı namaza durursan,
d) və çəkin o günlahlardan ki, onlara görə Allahdan bağışlanma diləmiş və tövbə etmişdin.

Yenə də həzrət (ə) buyurur: Günahınla fəxr etməkdən çəkin, çünki günahına sevinmək (günahın özündən daha çox) çirklik və dəyərsizlikl gətirəndir.

Mənbə: Mənaqib Əhli-Beyt (ə) kitabı, cild, 3, səh: 155-156


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter