Naxçıvanlı cavanın Həzrət Məsumə (ə) hərəmində şəfa tapması
Naxçıvanlı cavanın İmam Riza (ə) bacısı Həzrət Məsumə (ə) hərəmində şəfa tapması
Həzrət Ayətullah Məkarim Şirazi buyururdular: “Sovetlər Birliyi dağılandan və müsəlmanların kommunizm ideologiyasından azad olunması ilə Naxçıvanda yaşayan müsəlman camaatdan bir dəstəsi Qum elm hövzəsindən istədilər ki, onların övladlarından bir dəstəsi müqəddəs Qum şəhərinə göndərilsinlər. Onlar dini təhsil aldıqdan sonra Naxçıvana qayıdaraq xalqın dini hidayəti üçün çalışsınlar.
Naxçıvan möminlərinin istəkləri oldu. Qumda dini təhsil almaq üçün 300 nəfər ad yazdırmışdı. Onlardan 50 nəfəri qəbul olundular. Qəbul olan tələbələrin arasında istedadlı bir cavan var idi. Onun bir gözündə çaşlıq və eyb vardı. Tələbə karvanının Quma yola salınması münasibəti ilə çəkiliş aparılırdı. Çəkiliş aparan şəxs hər hansı bir niyyətlə kamerasını gözündə çaşlıq olan oğlanın gözünə tutur, oğlanın bu göz eybi bütün insanlara aşkar olur.
Cavan oğlan bu mənzərəni görəndə çox narahat və qəlbi sınmış halda müqəddəs Qum şəhərində Həzrəti Məsumənin ziyarətinə gedir və təvəssül edir, yuxuya gedir. Yuxuda bəzi hadisələrin baş verdiyini görür, oyandıqda gözündəki eybin aradan getdiyinə şahid olur.
Şəfa tapmış oğlan Qumda təhsil aldığı mədrəsəyə qayıdır, onunla Naxçıvandan təhsil almaq üçün gələn dostları bu Həzrəti Məsumənin kəramətini görürkən, hamılıqla İmam Riza (ə) bacısının ziyarətinə gedirərək çoxlu dua və təvəssülə məşğul olurlar.
Gözündə çaşlıq olan oğlanın şəfa tapması xəbəri Naxçıvan möminlərinin qulağına çatır, onlar israr edirlər ki, bu Allah övliyası tələbə vətəninə geri dönsün ki, bəlkə bu böyük hadisə səbəb ola, insanların dinə qarşı inamı atsın. hawzah.net