Yuxuya mane olan beş əsas səbəb nələrdir?
Yuxuya mane olan beş əsas səbəb:
Yataq otağında istilik 21 dərəcədən yuxarıdırsa, bu yataq otağı yox, sobadır.
Müasir insanın əsaslı problemlərindən biri normal yuxu tsiklinin pozulmasıdır. Yuxusuzluq xəstəlik olsa da onun əhatə dairəsinin hədsiz genişlənməsi bu xəstəliyi normaya çevirib. Yuxu rejiminin pozulması bir çox insanların iş fəaliyyətində məcburi fasilələr yaradır. Unutmaq olmaz ki, yuxusuzluq bir yerdə dayanmır, ona əlac tapılmadıqda ciddi fiziki və psixi pozğuntular qaçılmaz olur.
Əgər siz demək olar ki səhərə qədər oyaq qalıb yalnız səhər vaxtı yuxulayırsınızsa və qəfildən zəngli saatın çağırışına durub işə tələsirsinizsə bu problemi təcili aradan qaldırın. Yuxu dərmanına əl uzatmağa tələsməyin, bu işi həmişə görmək olar.
İndi isə yuxusuzluğun əsas səbəblərini nəzərdən keçirək:
1.Gec qidalanma
Gecə dadlı xörəkdən imtina etmək çətin olsa da istəklərinizə qalib gəlməlisiniz. Gecə yağlı xörək yuxusuzluğa açılan ilk qapıdır. Yatmazdan ən azı 3 saat qabaq yeməyi dayandırmaq lazımdır.
2.Normadan artıq işıq
Yatdığınız otağın qaranlıq olmasına çalışın. İşıq qıcıqlanma yaradır və yuxunu pozur.
3.Yatmazdan qabaq televizor və ya kompyuter qarşısında oturmaq da yuxuya kömək etmir. Yatmazdan qabaq həyəcanı aradan qaldıran, sakitləşdirən işlər görmək, məsələn kitab oxumaq yuxuya kömək edir.
4.Yataq otağının temperaturu
Əgər yataq otağında istilik 21 dərəcədən yuxarıdırsa bu yataq otağı yox, sobadır. Yüngül geyinmək və otağın temperaturunu 21 dərəcədən aşağı salmaq lazımdır.
5.Yuxu vaxtı
İnsanda bioritm deyilən bir tənzimləmə var. Yuxu vaxtı dəqiq müəyyən edilməlidir. Çalışın təyin etdiyinz vaxt yatağa girin. Buna uşaqlıqdan adət etmək lazımdır. haqqyolu.com