Yemək yedikdən sonra vərdiş halını almış 7 şeydən çəkinin!
Yemək yedikdən sonra bunları etməyin:
Yemək yedikdən sonra bəzi vərdiş halını almış işlərimiz var, çay içmək, siqaret çəkmək və s. Bunların sağlamlığımız üçün nə qədər təhlükəli olduğunu bilirsinizmi?
1. Siqaret çəkməyin: Mütəxəssislər tərəfindən aparılan araşdırmalara görə yemək yedikdən dərhal sonra çəkilən siqaret 10 siqaret çəkməyə bərabər sayılır və xərçəng xəstəliyinə yoluxma riskini artırır.
2. Meyvə yeməyin: Yeməkdən dərhal sonra yeyilən meyvə mədəmizin hava ilə dolmasına səbəb olur. Meyvəni yeməkdən 1 saat əvvəl və ya yeməkdən 1-2 saat sonra yemək sağlamlığımız üçün daha faydalıdır.
3. Çay içməyin: Yemək yedikdən sonra içilən çay da sağlamlığımıza zərərlidir. Çay qəbul etdiyimiz qidalardan aldığımız proteinlərin gec həzm olunmasına və alınan vitaminlərin tam faydalı olmasına mane olur.
4. Kəmərlərinizi açmayın: Yemək yedikdən sonra kəmərinizi açmaq bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur.
5. Gəzintiyə çıxmayın: Yeməyin dərhal ardından gəzintiyə çıxmaq, qəbul etdiyimiz qidaların rahat həzm olunmamasına, yəni yediyimiz yeməyin faydalı olmayacağına gətirib çıxarır. Yaxşı olardı ki, gəzintini 1 saat sonraya saxlayasınız.
6. Duş qəbul etməyin: Yeməkdən sonra qəbul edilən duş, qan axışını əl və ayaqlara doğru çoxaldır, mədə ətrafında qan dövranını azaldır. Bu da həzm sisteminə zərərlidir.
7. Dərhal yatmayın: Yemək yedikdən sonra dərhal yatmayın. Bu həzm sisteminin yetərincə işləməməsinə, bağırsaq iltihablanmasına və mədə narahatlığına səbəb olur. anaveusaq.az/