Xərçəngin 10 əlaməti nələrdir?
Xərçəngin 10 əlaməti:
Günümüzdə xərçəng olduqca çox yayılıb. Cavanına qocasına baxmayan bu xəstəlik insanların qorxulu röyasına çevrilib.
Bəs nə etməliyik? Bu xəstəliyin əmalətlərinələrdir?
1. Düşməyən qızdırma: Bu xüsusiyyətlər lösemi, hodgkin lenfoma və hodgkin olmayan lenfoma xərçənglərinin ilk əlamətləridir. Qızdırma 37.6 ilə 38.2 dərəcələri arasında olur. Çox da yuxarı qalxmayan qızdırma xərçəngdən əlavə müxtəlif infeksiyalardan da ola bilər.
2. Gündən-günə artan yorğunluq: Əvvəllər heç belə bir ehtiyacınızın olmadığı halda, indi bütün gün yatmaq istəyirsinizsə, bu xərçəng əlaməti ola bilər. Xüsusilə qan təzyiqinin düşməsinə yol açan bütün xərçəng növləri löseminin əlamətidir. Yorğunluq ayrıca; qansızlıq, yuxu nizamsızlığı, ürək problemləri və şəkər, fibromyalji və iltihablı oynaq xəstəliklərindən də qaynaqlana bilər.
3. Qalıcı öskürək: Qrip, allergiya və bəzi dərmanların tərkibindən ola bilər, amma 3-4 həftə davam edən və keçməyən öskürəyi həkim müayinə etməlidir. Xüsusilə də siqaret çəkirsinizsə və bu öskürək dayanmırsa, mütləq həkimə müraciət etmək lazımdır.
4. Dəridə sağalmayan yaralar: Və ya dəridə dəyişiklik. Dəridə olan asimmetrik ləkələr, ləkələrin qeyri-adi rənglərdə meydana gəlməsi və ya ləkələrin daha böyük bir sahəni örtməsi, dəri xərçənginin ən öldürücü şəkli olan “melanoma” -nın əlamətidir.
5. Udqunma problemi və xroniki səs alçalması: Dodaqlarda sağalmayan yaralar, qannamalar, ağızda ağrı və uyuşma, xroniki qırtlaq iltihabı, bunlar ağız xərçənginin əlamətləridir.
6. Ağızın içində olan yaralar: Bunlara tibbi dildə lekoplazilər deyilir. Bu ağ ləkələr yanağın iç tərəfində, dilin altında və ya dilin yanlarında olur. Bu yaralar əgər müalicə ilə keçmirsə, bu da xərçəngin əlaməti ola bilər.
7. Sidikdə qan görülməsi: Bu əlamətin ümumiyyətlə xəstələr tərəfindən ciddiyə alınmadığını ifadə edən həkimlər məsləhət bilir ki, uroloq tərəfindən nəzarət edilsin. Məsanə xərçəngi çox vaxt artıq müalicə edilə bilməyəcək mərhələyə gələnə qədər gözəgörünməz. Bunun səbəbi də xəstələrin həkimə getmək üçün çox gözləməyidir. Bunu bənzər hallarda nəcisdə qan görülməsi də kolon xərçənginin əlamətlərindən biridir. Ancaq nəcisdə qan görülməsinin fərqli səbəbləri də ola bilər. Məsləhətlisi həkimə müraciət etməkdir.
8. Bilinməyən ağrılar: Bu ağrılar sümük xərçənginin ağrıları ola bilər. Müalicə etdikdən sonra da keçməyən baş ağrısı, beyində şişin xəbərçisi ola bilər. Bel ağrısı yumurtalıq xərçənginin işarəsi ola bilir. Həkimlər, səbəbi bilinməyən ağrıların ən məşhur xərçəng əlamətlərindən biri olduğunu ifadə edərək, bu vəziyyətdə xəstəxanaya müraciət etməyimizin lazım olduğunu deyirlər.
9. Bədəndə şişkinliklər olması və ya dərinin sərtləşməsi Sinə daxil olmaqla müxtəlif xərçəng növlərinin əlamətidir. Bunlar xərçəngin erkən əlaməti olduğu kimi, xərçəngin son mərhələsinə da işarə ola bilər.
10. Birdən-birə arıqlamaq: Bəzi insanlar pəhriz saxlamadan arıqladıqları üçün sevinirlər. Amma bunun da bir səbəbi var unutmayın. Birdən-birə arıqlamağınız mədə və ağciyər xərçənginin əlaməti ola bilər.
Davamlı olan, səbəbi açıqlanmayan əlamətlər xərçəngin əlamətləri ola bilər. Həkimlər, \"Bədəninizdə yolunda getməyən bir şey varsa və uzun müddət davam edirsə, bunun normal bir vəziyyət olmadığını bilin. Bədəninizin səsini dinləyin. Erkən diaqnoz sayəsində həyatınız xilas ola bilər \"deyirlər\".
Balaca bir ağrının üstünə tez düşsəniz, xəstəliklərdən daha tez yaxa qurtarıb, rahat həyat yaşaya bilərsiniz. Hər bir xəstlik vaxtında müalicə olunursa, heç bir qorxusu yoxdur. Bunu unutmayın. Sağlamlığınızın qeydinə qalın. -atv.az