Həzrət Ayətullah Behcətin tövsiyə etdiyi dua ...
Həzrət ustad mərhum Ayətullah Behcətin tövsiyə etdiyi dua:
Kimsə dünyadan necə gedəcəyini bilmir...
Böyük alim, dəyərli arif Ayətullah Şeyx Məhəmmədtəqi Behcətin vəfat idönümü münasibətilə Cənab Rəhbərin mətbuat xidməti ustadın Ayətullah Xameneiyə tövsiyə etdiyi dua haqqında yazıb.
Dörd il öncə Qum Elm Hövzəsinin ustad və tələbələri ilə görüşdə bir hədisin şərhi zamanı Cənab Rəhbər, Ayətullah Behcətin tövsiyə etdiyi duanı yada saldı. Bu Qəriq duası idi: “Ya Əllah, ya Rəhman, ya Rəhim, ya muqəllibəl-qulub, səbbit qəlbi əla dinik” (یا الله یا رحمان یا رحیم یا مقلب القلوب ثبت قلبی علی دینک). Həmin vaxt Cənab Rəhbər buyurmuşdu: “Kimsə deyə bilər ki, bizim dinimiz möhkəmdir və bu dua imanda aşağı təbəqəyə aiddir. Əslində necədir? Hər bir insan öz iman mərtəbəsindən süqut edə bilər. Dua bunu nəzərdə tutur ki, Pərvərdigara, məni hazırkı iman məqamımda möhkəm qərar ver. İnsan ali iman dərəcəsinə qalxıb bu dərəcədə dayana bilsə həyatı şirin, ölümü rahat olar. Bizim üçün çətinliklərdən biri ölüm çətinliyidir. İmam Səccad (ə) Allah-Taaladan imanının hifzini istəyir. (امتنا مهتدین غیر ضالین، طائعین غیر مستکرهین غیر عاصین) Daim doğru yolda olmuş bir insanın belə dua etməsi göstərir ki, yol təhlükəlidir.
Şairin təbirincı, aqibətdə məstlik qorxusu var, kimsə dünyadan necə, hansı halda gedəcəyini bilmir.” Vilayet.nur-az.