Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi müraciəti olubmu?


Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi müraciəti

Əziz Peyğəmbərimiz (s) bir neçə gün öncədən müsəlmanlara xitabən xüsusi çağırışlarını edərdi. Həzrət Salman buyurur: “Şaban ayının sonuncu günündə Peyğəmbər (s) bizim üçün Ramazan ayının fəziləti haqqında bir xütbə söylədi. Özünün bu xitabında buyurdu: ”Ey camaat! Həqiqətən sizin üzərinizə əzəmətli və mübarək bir ay kölgə salıb. Bir ay ki, onda 1000 aydan üstün gecə var. (Bir ay ki,) onda Allah-Təala orucunu vacib qərar vermişdir. Və gecələrini ibadətlərdə keçirməyi bəyənilmiş və müstəhəb qərar vermişdir\".

Xütbənin sonunda Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bu, bir aydır ki, bərabərlik ayıdır. Bir aydır ki, möminin ruzisi bu ayda artar. Bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət və bağışlanma, axırı cəhənnəm atəşindən azadlıqdır. Və bu ay mömin üçün bəhrə və fayda ayıdır, münafiq üçün zərər ayıdır”.Yəni artıq səfərə çıxacağıq. Artıq yol başlayır. Bəyan edilir ki, bunda 1000 aydan artıq bir gecə var. Yenə də səyahət və səfərlə analogiya aparaq. İnsan bir yerə səyahət edəndə o, mütləq həmin yerin ən görkəmli, ən diqqətəlayiq məkanını ziyarət edir. Bu yer Çindirsə - “Böyük Çin səddi”ni, Moskvadırsa - Kremli və Qızıl meydanı, Hindistandırsa - Tac-Mahalı, Misirdirsə - ehramları, Bakıdırsa - Qız qalasını, Parisdirsə - Eyfel qülləsini, Londondursa - Vesminster sarayını, kurort zonasında - hansısa bulağı, zirvəni və s. İndi bu mənəvi səfərdə vurğulanır ki, ən mühüm bir gecə var bu ayda. Rəsuli-Əkrəmin (s) dilindən çatdırılır ki, bu ayda 1000 aydan üstün bir gecə var. al-shia.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter