İmam Həsən (ə) Cünədət adlı bir şəxsə nələri tövsiyə etdi?


Cünədət adlı bir şəxs deyir: Həzrət İmam Həsənin (ə) yanına getdim. İmam zəhərlənmiş və ağzından qan gəlirdi. İmam (ə) Müaviyənin hiyləsi ilə zəhərlənmişdi.

Ərz etdim: Ey mənim ağam! Niyə özünüzü müalicə etmirsiniz. Buyurdu: Ey Allahın bəndəsi! Ölümü nə ilə qurtarım? Ərz etdim: Həqiqətən Allahdan gəlmiş və ona doğru qayıdış var. Həzrət mənim sözümü eşitdi və buyurdu: Allaha and olsun ki, Allahın Rəsulu bizimlə belə danışdı ki, bu İmamət məqamı Əli və Fatimənin övladlarına aiddir. Bizlərdən heç kəs bu dünyanı zəhərlənmədən və ya qılıncla şəhid olunmadan tərk etməz.
Bu zaman ərz etdim Ey Peyğəmbər (s) övladı mənə möizə edin. Buyurdu: Bəli.

“Ey Cünadət!
1-Axirət aləminin yolçuluğu üçün hazırlaş, ondan öncə ki, ölüm anı səndən bu imkanı almış olsun,
2-Bil ki, sən dünya arxasıycasan, ölüm də sənin dalınca,
3-Gələcək günlərinin qəm-qüssəsi bu gününü xarab etməsin,
4-Bil ki, dünya malından hər nə qədər ehtiyacından artıq toplamısan, başqaları üçün qoyursan, (onların bu malı harada xərcləyəcəyi bəlli deyil. Sən ona cavabdehsən).
5-Bil ki, bu dünyanın halalında hesab-kitab olunacaqsan, haramında isə əzab səni gözləyir.
6-Bu dünyanın şübhəli məsələlərində danlaqlıq var,
7-Dünya üçün elə çalış ki, güya burada həmişəliksən, axirətin üçün elə çalış ki, güya sabah aləmini dəyişəcəksən,
8-Əgər istərisən bu dünyada izzət sahibi olasan (tayfa-qohum və sair vasitələrdən istifadə etmədən) Allahın qarşısında itaət edib zillət gətirən günahlardan uzaq dur. ...
Mənbə: Əhli-Beyt Mənaqibi, cild: 2, səh: 226-227.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter