Orucun düz olmasının şərtləri nələrdir?
Orucun düz olmasının şərtləri:
1-İslam - yəni oruc tutan şəxs kəlmeyi şəhadətini deməlidir,
2-iman - yəni orucun Allah tərəfindən yazılışına inanmalıdır, yalnız faydalarına görə oruc tutmaq düzgün deyildir,
3-Əql - yəni bilə ki nə edir və kimin üçün oruc tutur,
4-Bihuş halda olmamaq, Oruc tutan şəxs bihuş olduğu zaman orucu pozular,
5-Müsafir olmamaq, yəni misal üçün bir nəfər səhərdən oruc niyyətlənibsə gün ərzində gunorta namazına qədər vətənindən şəri məsafədə səfərə getsə və gunortaya qədər vətəninə qayıda bilməsə orucu batil olar. (əgər səfəri işi olmasa ...)
6-Qadının nifas və heyz halında olması, Əgər bir xanım oruc tuta hətta iftara 1 saat qalmış bu qüsullardan biri onda görsənsə orucu batil olar.
7-Orucun zərəri olmasın, oruc tutan şəxs gün ərzində yəqin edə ki orucu davam etməsi ona zərər yetirir orucu atması vacibdir.
8-Niyyət, niyyət etməmiş və ya oruc niyyətindən dönən şəxsin orucu batil olar, amma həmin gün orucu batil edən işləri görməsinə icazə yoxdur.
9-Orucu batil edən işlərdən çəkinmək, - yəni orucu batil edən 9 şeydən birini gün ərzində oruc tutan şəxs etsə orucu batil olar,
10-Müstəhəb oruc tutmaq istəyən şəxsin boynunda vacib orucu olmasın, misal üçün qəzası olan şəxsə müstəhəb oruc tutmağa icazə verilmir. Əksinə qəza namazı olan şəxsə müstəhəb namaz qılmaq olar.