Allah eşqinə mane olan pərdələri kənara atmaq üçün nələr etmək lazımdır?
Allahın eşqini isə qəlb gözü qarşısındakı pərdələri açmadan görmək mümkün deyil. Bu hicabı hansı yollarla kənara çəkmək üçün yollar:
1. Allahın sifətlərini düşünmək;
2. Etiqadi kitablar oxumaq;
3. İstər Əhli-Beytdən (ə) nəql olunmuş dua və minacatlarla, istərsə səmimanə şəkildə Allahla söhbət etmək;
4. Gündəlik işlərdə Allahın razılığını düşünmək, Onunla danışıb, Onun razılığını qazanıb addım atmaq;
5. Bir ömür həyatını ilahi eşqi qazanmağa sərf etmiş arif və övliyaların həyatını mütaliə etmək;
6. İmam və övliyaların ziyarətinə getmək;
7. Namaz, oruc, sədəqə kimi xeyir işlər görmək. Naqis də olsa Allah övliyalarına ziyarət hədiyyəsi vermək. \"vilayet.nur-az.\"