Nimeyi Şəban (İmam Zamanın (əc) doğum) günündə xüsusi əmələr varmı?
Nimeyi Şəban əməlləri:
Şaban ayının on beşi \"Nimeyi Şəban\"da (İyul ayının 4-dən 5-nə keçən gecə) Zamanın sahibi Həzrəti Məhdi (ə.f) dünyaya gəlmişdir.
Bu günün gecə və gündüzü çox şərafətli və əzəmətlidir. Həzrət İmam Cəfər Sadiqdən rəvayətdir ki, İmam Baqirdən Nimeyi Şəbanın fəzilətləri barədə soruşdular, İmam buyurdu: \"Bu gecə Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecədə Allah bəndələrinə öz fəzlini əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecədə Allaha yaxınlaşmaq üçün səy və təlaş edin. Bəs bu o gecədir ki, Allah öz müqəddəs zatına and içib ki, heç bir sayili öz dərgahından əliboş qaytarmayacaq.
O cümlədən bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı İmam Zaman bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini bəxş edib.
Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:
1. Qüsl
2. Əhya saxlamaq (istiğfar, dua və s.)
3. Ziyarət İmam Hüseyn (ə) (Ziyarətlər müxtəlıf ola bilər. Ən azından üstü açıq bir yerə çıxaraq (dam, eyvan), saga, sola və daha sonra asimana nəzər salaraq, o Həzrəti belə ziyarət etsin: \"Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu\").
4. Şaban ayının salavatı (\"Məfatihul-Cinan\" kitabında qeyd edilib)
5. Kumeyl duası
6. Bu zikrləri ardıcıl olaraq demək: \"Subhanəllah\", \"Əlhəmdulillah\", \"Allahu Əkbər\", \"La İlahə İlləllah\" (hərəsi 100 dəfə)
7. İki rəkət namaz (1-ci rəkətdə \"Həmd\"+ \"Kafirun\", 2-ci rükətdə \"Həmd\" + \"İxlas\"). Namazdan sonra deyilir: \"Subhənallah\" 33 dəfə, \"Əlhəmdulillah\" 33 dəfə, \"Allahu Əkbər\" 34 dəfə.
8. Cəfər-Təyyar namazını qılmaq
9. Yüz rəkətli namaz (hər rəkətdə \"Həmd\" + 10 \"İxlas\")
10. Səcdədə bu duanı oxumaq: \"Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi hazihi yədayə vəma gənəytuhu əla nəfsi, ya əzimu turcali kuli əzim, ixfirliyəl əzim vəinnəhu la yəxfiruz-zəmbəl əzimə illər-rəbbul əzim\". Səcdədən qalxaraq yenidən səcdəyə getmək və demək: \"Əuzu binnuri vəchikəlləzi əzaət ləhus səmavatu vəl ərəzun vəl kəşəfət ləhuz zulumat və sələhə əleyhi əmrul əvvəlin vəl axirin min fucəti nəqimətik və min təhvili afiyətik və min zəvali nemətik. Allahummərzuqni qəlbən təqiyyən nəqiyya və minəşşirki vəla kafirən və la şəqiyyən\". Sonra sağ üzünü, sonra sol üzünü möhürə qoyub deyirsən:\"Əffərtu vəchi fitturab və nuqqəli ən əscudulək\".
Şabanın 15-ci gecəsinin əməlləri \"Məfatihul-Cinan\" kitabından götürülüb. Allah ibadətlərinizi qəbul etsin! Bayramınız mübarək olsun! http://islamaz.com