İslam zamanla ayaqlaşırmı?
Əllamə Təbatəbai: İslamın zamanla ayaqlaşmaması iddiası fəlsəfi yox, emosional düşüncədən qaynaqlanır. Zaman və məkan nə qədər dəyişsə də cəmiyyət öz həyatını yaşayır və ictimai qanunlara ehtiyac aradan qalxmayıb. Min illərdir gecə və gündüz növbə ilə yerini dəyişir. Sadəcə ictimai həyatda istəklər artıb. Rifah şəraiti genişləndiyindən insanlar yaxşı yaşamaq üçün yarışa girib. Bəsirətsiz, heyvansayağı yalnız qarnını düşünən insan təbii ki, mənəvi ehtiyaclarına kor olur. Zaman dəyişib deyəndə qəbul edə bilmərik ki, insanın mənəviyyat ehtiyacı aradan qalxıb. Əgər İslam əxlaq və mənəviyyat ehtiyaclarına cavab verirsə, zamanın dəyişməsinin ona nə təsiri ola bilər?! İslamda insan cəmiyyətinin bütün ehtiyacları nəzərə alınaraq qanunlar tənzimlənib. İslam qanunları cəmiyyəti xoşbəxtliyə aparır. Zamanın dəyişməsi əxlaq və mənəviyyatdan imtinadırsa bu cəmiyyət bədbəxtliyə gedir. İnsan nə qədər dəyişsə onun fitri meylləri yerindədir. Onun sevgiyə, dostluğa, mərhəmətə ədalətə, təlaşa ehtiyacı var. Əgər İslam bu ehtiyaclara bütün məktəblərdən daha kamil cavab verirsə, demək zamana da cavab verir.
İslam dini hökumət başçısına ixtiyar verir ki, cəmiyyətin ehtiyaclarına uyğun qanunlar tənzimlənsin. Əlbəttə ki, bu qanunlar şəriət qanunlarını pozmayacaq. Çünki şəriət qanunları insanın dəyişməyən təbiətinə ölçülüb. Zaman dəyişib deyəndə insanların bir məsafəni piyada yox, maşın və təyyarə ilə qət etməsi nəzərdə tutulursa, bunun İslam qanunlarına heç bir təsiri yoxdur. İslamın zamana cavab vermədiyini iddia edənlər ortaya nümunə qoymalıdır. Biz İslamın istənilən bir hökmünün zamanla uyuşub-uyuşmaması barədə mübahisəyə hazırıq. /vilayet.nur-az.com/