İmam Mehdiyə (ə.f) ilk kim beyət edər?
Hədislərə əsasən, Həzrətə ilk beyət edən Cəbraildir.
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, Həzrətə ilk beyət edən Cəbraildir”.
Təbərsi nəql edir ki, Əbu Abdullah (ə) buyurmuşdur: “Allah-taala Cəbraili göndərər ki, ondan soruşsun: “(İnsanları) nəyə dəvət edirsən?” Qaim ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: “Mən sənə beyət edən ilk kəsəm”. Sonra onun əlini əlinə alıb beyət edər...”[1]
Cəbrailin beyəti ilə bağlı iki ehtimal var:
1. Rəmzi məna: Cəbrailin beyəti Allahın təsdiqi mənasındadır. Çünki o, Allahın ən böyük nümayəndəsidir.
2. Geniş yayılmış məna: Cəbrailin beyəti insanların xəlifəyə beyəti kimidir. Bunun iki faydası var: Xalqın diqqətini beyətin zəruriliyinə cəlb etmək; İmamın hərəkət və qiyamının təsdiqi[2].
[1] Ehticac, səh.431 [2] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab \"İmamzaman.az\"