Peyğəmbərin (s) hədisinə əsasən 5 dəstənin duası qəbul olar!


Həzrət Peyğəmbərin (s) hədisində 5 dəstənin duasının qəbul olunması deyilir.

İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) buyurur: 5 dəstə müsəlman və möminin dua və istəyi cavabsız qalmaz:
1-Məzlum olan şəxsin duası cavabsız qalmaz, o zamana kimi ki, onun dadına kimsə yetişsin.

2-Hacının duası qəbul olunar, Yəni bir müsəlman Həccə ziyarətə gedə və orda olduğu müddətdə nə dua etsə Allah onun istəklərini eşidər, o zamana kimi ki, yaşadığı vətəninə qayıda.

3-Allah yolunda cihad edən şəxsin dua və istəyi qəbul olunar, yəni istər xarici və istər daxili şeytanlarla mübarizə aparanın Allah tərəfindən diləyi cavabsız qoyulmaz.

4-Xəstənin duası qəbul olunar, o zamana kimi ki, sağlamlıq əldə edə.

5-Qardaşın qardaş haqqında dua və istəyi cavabsız qalmaz, yəni əgər bir Allah bəndəsi müsəlman və mömin qardaş və bacısının haqqında dua edərsə Allah onun istəklərini tez icabət edər.

Bu dualar arasında daha tez istəyi qəbul olunan dəstə isə müəslman qardaşın qardaşı və bacısı haqqında etdiyi diləklərdir. ki, dua edən şəxs mömin qardaş və bacısının xəbəri olmadan onun üçün Allaahdan xeyir diləyə.
Nəhcül Fəsahə, səh: 274, hədis: 1619.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter