Məbada müxalifləri hörmətdən salasınız!


Ayətullah Seyid Əbülhəsən İsfahani haqqında
Ayətullah Seyid Əbülhəsən İsfahani bariz rəbbani alim nümunəsi idi. Nəql edirlər ki, evin kirayə haqqını berə bilməyən bir şəxs Ayətullah Seyid Əbülhəsən İsfahaniyə müraciət edir. Amma həmin günün səhəri alimin oğlu şəhadətə çatır. Alimdən kömək gözləyən şəxs düşünür ki, artıq onun müşkülünü həll etmək yaddan çıxıb. Amma dəfn mərasimində alim hımin şəxsə yaxınlaşır və onu lazım ola məbləği təqdim edir...
Ayətullah Seyid Əbülhəsən İsfahani çox sadə, təmtaraqsız yaşayıb. Tələbəlik illərində hövzədəki ağır maddi durumu qəbul edərək təhsil alıb. Hətta kirayə ev tuta bilmədiyindən 15 gün ailəsi ilə bir xarabalıqda yaşayıb. Nəql edirlər ki, Ayətullah Seyid Əbülhəsən İsfahani həmin xarabalığın yanından keçərkən ayaq saxlayar, həmin günləri xatırlayardı. Ayətullah Seyid Əbülhəsən İsfahaninin maddi durumundan xəbər tutan Ayətullah Mirza Məhəmmədtəqi Şirazi ona 500 lirə qızıl pul göndərir ki, özünə ev alsın. Alim həmin pulu çörəkçilərə verir ki, imkansız tələbələrin çörəyə olan ehtiyacı ödənsin.
Mərhum Ayətullah-üzma Seyid Abdullah Şirazinin oğlu Seyid Məhəmmədbaqir Şirazi deyir: 15 yaşım olardı, atam və bir qrup tələbə ilə Kufə çayı sahilinə getmişdik. O zaman alimlər tətildə istirahət üçün Nəcəfdən çıxıb, Kufə çayı kənarına gələrdilər. Ayətullah Seyid Əbülhəsən İsfahani də orada idi. Alim tələbələrdən xahiş edir ki, ağzı bağlı ağır kisəni çayın kənarına gətirsinlər. Sonra kisənin ağzını açıb, məktublar çıxarır, onları iki bölüb suya atmağa başlayır. Hamı bu məktubların sirri ilə maraqlanır. Ayətullah Seyid Əbülhəsən İsfahani buyurur: “Bu məktubları müxaliflərim yazıb. Məktublarda məni təhqir ediblər. Qorxuram ki, məndən sonra başqalarının əlinə düşər, məktub yazanlara əziyyət olar...” Vilayet.nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter