Cənab Rəhbər Ayətullah Xameneinin namazda diqqətli olmaq haqda 10 tövsiyəsi!
Namazda diqqətli olmaq üçün Cənab Rəhbər Ayətullah Xamenei həzrətləri 10 tövsiyə buyururlar:
1-Namazda diqqəti toplamaq üçün davamlı çalışmaq,
2-Namazda oxuduğumuz zikrlərin mənasını öyrənməyə çalışmaq,
3-Namazdan öncə rəvayətlərdə müstəhəb deyilən əməlləri artırmaq,
4-Namazı (bütün ibadi əməlləri) ixlasla yeganə Allahın razılığı üçün etməyə çalışmaq, (namazda başqasını göstərici üçün ibadət etməkdən çəkinmək, yəni riya etmək namazda diqətti dağındırar və eləcə də insanı Allaha şərik qoşmağa məcbur edər).
5-Diqqətsiz qılınan namaz qəlbə qəsavət gətirər, (yəni diqqətsiz qılınan namazın zərərləri haqda düşünmək)
6-Namazı xüsusi ilə də cavanlıqda yaxşı namaz qılmağı öyrənmək,
7-Namazı yüngül saymaqdan çəkinmək,
8-Namazı öz vaxtında qılmağa çalışmaq,
9-Namazı camaatla və xüsusi ilə də məsciddə qılmağa çalışmaq,
10-Gündəlik vacib namazların nafilələrini qılmağa çalışmaq lazımdır.