Al Mustafa Beynəlxalq universitetin Mudiri Ayətullah Ərafi həzrətlərinin həyatına bir baxış!


Həzrət Ustad Ayətullah ƏliRza Ərafi həzrətləri hicri şəmsi tarixi ilə 1338 ci ildə İranın Yəzd vilayətinin Meybud şəhərində elm və təqvalı bir ailədə dünyaya gəldi. Atası Həzrət Ayətullah Muhəmməd İbrahim Ərafi cənabları Yəzd vilayətinin tanınmış şəxsiyyətlərindən və İmam Xomeyninin (r) dəyərli yaxın dostlarndan idi. Necə ki, Həzrət Ustad Ərafi halhazırda dünya müsəlmanlarının lideri Həzrət Ayətullah Xamenei həzrətlərinin yaxın dostlarından hesab olunurlar.
Ustadın atası İmam Xomeyninin İranda inqilab zamanı Yəzd xalqının inqilaba qoşulması üçün böyük addımlar atmışdır. O təqvalı alim (Məhəmməd Ərafi cənabları) İran İnqilabından öncə Yəzd vilayətində cümə namazını qıldırlan şəxsiyyət olmuşdur.
Həzrət Ustad Ərafinin anası öz dövrünün pak və nəcib xanımlarından hesab olunurdu, o alimə xanımın atası isə Həzrət Ayətullah Şeyx Kazim Əfzəli Ərdəkani (r) idi.
Həzrət Ustdaın təhsil müddəti:
Ustad Ərafi həzrətləri orta təhsil dövrəsini öz doğma vətənində sona çatdırdı və 1349 ci ildə dini elm hövzənin mərkəzi olan müqəddəs Qum şəhərinə hicrət etdi və dini maariflərdə təhsil almağa başladı. Həzrət Ustadın istedadı o həddə yuxarı idi ki, 6 il ərzində ƏliRza Ərafi həzrətləri hövzənin uca təhsil həddi olan böyük muctehidlərin xaric dərsində iştirak etməyə başladı.
Həzrət Ustad Ərafi müqəddəs Qum şəhərində olduğu müddətdə Fəlsəfə, Nəzəri əxlaq sahəsində, ərəb və İngilis dillərini öyrənməkdə mükəmməl həddə çatmağı bacardı. Xüsusən də Qum şəhərində olduğunu müddətdə Hövzə və universitetin birləşməsi sahəsində təbriyəçi və ustad sahələrində təhsilini son çatdırdı.
ƏliRza Ərafi həzrətləri Qumda təhsil alan müddətdə boş günlərini hədərə vermədən Əllamə Təbatəbainin əl-Mizan təfsirini kamil vəziyyətdə oxuyub sona çatdırdı və eləcə də İbn Əbu Hədidin Nəhcül Bəlağə şərhini mütaliə və dərk etmək üçün münəzzəm tədbirlər gördü.
Ustad və dostları:
Ustad Ərafi təhsil aldığı müddətdə çox sayda böyük alimlərin məhzərindən bəhrələndi. Təfsir dərsində mərhum Ayətullah Meşkini (r) həzrətlərinin hüzurundan bəhrələndi, Ustad HəsənZadə Amulinin seçilmiş tələbələrindən oldu, və eləcə də Şəhid Sədrin fəlsəfə məktəbinin maariflərini isə Həzrət Ayətullah Seyyid Kazim Hairi Yəzdinin fikirlərindən bəhrələndi.
Fiqh və Usulun xaric dərsini isə: Şeyx Murtəza Hairi, mərhum Ayətullah Fazil Lənkərani (r), Ayətullah Vəhid Xorasani, Ayətullah Cavad Təbrizi, Ayətullah Məkraim Şirazi və Ayətullah Şubeyri Zəncani kimi böyük mərcə təqlidlərin məhzərində öyrəndi.

Həzrət Ustad Hövzənin dəyərli fəlsəfə kitabları olan Əsfar və Fususul Hikəm və eləcə də Təmhidul Qəvaid kitabların dərkini Ayətullah Cavadi Amuli Həzrətlərinin məhzərindən əldə etdi, Əsfarın bir qismətini də Şəhid Mutəhhərindən öyrənmiş və bir qismətini isə Ayətullah Misbah Yəzdi həzrətlərindən dərs almışdır.

Həzrət Ustadın dostları: Dəyərli Qum elmi hövzəsinin alimləri, Muhəmməd Əli Mudərrisi Yəzdi, Muhəmməd Kazim Bəhrami, Əli Nəqi Fəqihi, Muhəmməd Behişti. Bu böyük şəxsiyyətlər İslam elmi maarifdə dərin baxışlara malik ustadlardırlar. Adı çəkilən Qum elmi hövzənin ustadları Həzrət ustad Ərafinin dostları həm də həmbəhsləri olublar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter