Onuncu İmam, Əliyyən Nəqidən (ə) hədislər qeyd edin?


İmam Əliyyən-Nəqidən (ə) buyurduğu hədislərdən:
1-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Dindarlığın bəlası həsəd, xudbinlik (özünübəyənmə) və iftixardır\"
2-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Yaxşı sözü hər kəsdən, hətta ona əməl etməsə də belə, götürün\"
3-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Özü ilə Allah arasında münasibəti islah edənin Allah da insanlarla münasibətini islah edər\"
4-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Əgər desəm ki, təqvanı tərk edən adam namazı tərk edən adam kimidir, düz demiş olacam!\"
5-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"İki günü eyni olan (bu günü dünənindən daha yaxşı olmayan) ziyandadır\".
6-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir”.
7-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Möminin izzəti insanlardan ehtiyacsız olmasıdır\".
8-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Öz dəyərini anlamayan adamın şərindən qorun\".
9-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Təvazökarlıq odur ki, xalqla elə davarnasan ki, onların da səninlə elə davranmasını istəyirsən.\"
10-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Allah yolunda möhkəm olan şəxsə dünyanın müsibətləri asan gələr, hətta tikə-tikə doğransa belə\".
11-İmam Əliyyən-Nəqi (ə) buyurur:\"Günahda israr etmək Allahın məkrindən arxayın olmaqdır. \"Allahın məkrindən yalnız ziyankarlar arxayın olarlar.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter