Kişilər bu qorxularını həll etsələr iradəli və güclü olarlar?


Xanımlara məsləhət olunur ki, həyat yoldaşlarını bu zəif nöqtələri ilə ailə mühitində sınağa çəkməsinlər. Kişilərin bu zəiflikləri psixoloji cəhətdən onların qürurlarına toxunacaq məsələlərdəndir.

Kişilərin qorxuları:

1-Uduzmaq:
Bu qorxu ilə mübarizə aparmaq qeyri-mümkündür. Çünki kişi dünyası amansız, qəddar, güzəştsizdir. Zəiflər sırasında görünmək qorxusu kişiləri çox zaman ən təhlükəli hərəkətlərə əl atmağa sövq edir. Problemdən çıxış yolu var. Bu, nikbin olmağı bacarmaqdır. Psixoloqlar belə hesab edirlər ki, nikbinlik ən böyük məğlubiyyəti və ən çətin sınağı dəf etməyi bacarır.

2-İmkansızlıq, Bu qorxu hissi ən çox 35 yaşından sonra başlayır. Kişilər həmin yaşdan sonra öz keçmişlərini xatırlayanda qüssələnir, həyatda çox az şeyə nail olduqlarından əsəbləşirlər. Hətta ən böyük uğurlar qazanan kişilər belə həmin yaşda heç nəyə nail olmayan yaşıdları kimi depressiyaya düşürlər.

3-Gülünc görünmək, Kişilər komediya filmlərinə baxmaqdan doymurlar. Belə filmlərdə həyat yoldaşları tərəfindən döyülən kişilərə tamaşa etmək onlara xüsusi zövq verir. Amma məsələ həmin qəhrəmanın yerinə özlərini təssəvür etməyə gələndə... Necə deyərlər “Qəribi bu yerdə ağlamaq tutur”. Çünki kişilər üçün ən dəhşətli gülünc görünməkdir. Səbəbi aydındır. Kişilər ətrafdakı qadınların gözündə zəhmli, qaraqabaq, yersiz gülüşü sevməyən insan təəssüratı yaratmaq istəyirlər. Lakin vəziyyəti bu qədər dramatikləşdirməyə nə ehtiyac var? Psixoloqlar çoxdan sübut ediblər ki, güclü yumor hissinə malik insanlar daha uzunömürlü olurlar.

4-Dəyişiklik, Qadınlar geyimlərini, saçlarının rəngini, evdə divanın və dolabın yerini tez-tez dəyişməkdən zövq alırlar. Statistik göstəricilərə görə isə heç bir kişi ekstremal dəyisikliyi sevmir. Hətta məcburi dəyişiklik baş verəndə özünü uzun müddət narahat hiss edir, güclü təlaş keçirilər. Əgər kişilər həyatlarındakı dəyişiklikləri adi hadisə kimi qarşılasalar bu qorxu itər.

5-Tənhalıq, Kişilər qadınlara nisbətən tənhalıqdan daha çox qorxurlar. Düzdür, bunu nadir hallarda etiraf edirlər. Bu qorxu kişilərin yolunu nikah masasında salıb.

6-Rədd cavabı almaq, Heç bir kişi deyə bilməz ki, qadınları tam başa düşür. Çünki hər bir qadın bəyəndiyi kişinin sevgisini cavabsız qoya bilər. Belə təhlükə hər bir kişini gözləyə bilər. Kişilər isə bu etinasızlıqdan depressiyaya düşürlər.

7-Xəyanət, Xəyanət hər şeyə-yaxşı münasibətə, ehtiraslı sevgiyə, səmimiyyətə son qoyur. Bəlkə də inanılmazdır, amma həm də danılmazdır ki, kişilər xəyanət etməkdən qorxurlar. Qadınların xəyanəti kişilər üçün daha dəhşətdir.

8-Hakimiyyət qarşısında, Təkcə yeniyetmələr hərbi xidmətdən qorxmurlar, vətən qarşısında öz vəzifə borcunu yerinə yetirən kişilər də rəhbərlikdən, vəzifəcə özlərindən bir pillə yuxarıda olanlardan çəkinirlər. legend.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter