Namazı yüngül hesab edən 15 dəhşətli təhlükələr hansılardır?
Namazı yüngül hesab edən 15 dəhşətli təhlükə ilə raslaşar: dünyada yaşayanda, öldüyü zaman, qəbirdə, Qiyamətdə
Bir gün Həzrət Fatimeyi Siddiqə (s.ə) əziz atasının yanında idi və atasına buyurdu: \"Atacan! Namazı yüngül hesab edən qadın və ya kişilərin cəzası nədir?\".
Əzizimiz Peyğəmbər (s) buyurdu: \"Qızım Fatimə! Hər kim namazı yüngül hesab edər, şəraitinə və göstərişlərinə qarşı etinasızlıq edərsə, Allah onu 15 növ cəza ilə cəzalandırar. Altısı bu dünyada, üçü ölən zaman, üçü qəbirdə, üçü də Qiyamətdə o zaman ki, qəbirdən qalaxacaqdır, həyata keçər.
Dünyada olan 6 cəza bunlardır:
1. Ömründəki bərəkət və tofiq götürülər və ondan kifayət qədər bəhrələnə bilməz.
2. Gəlirindəki bərəkət götürülər.
3. Simasından yaxşı insanların izi silinər.
4. İşlərindən və ibadətindən soyuyar.
5. Duaları və istəkləri həyata keçməz.
6. Möminin duasında şərik olmaz və onların xeyir duası ona şamil olmaz.
Ölən zaman görəcəyi əzablar:
1. Zəlil ölər.
2. Ac və susuz can verər.
3. Heç bir şey onun aclığını və susuzluğunu yatızdırmaz.
Qəbirdə düçar olacağı əzablar:
1. Allah ona bir mələyi hakim edəcəkdir ki, qəbirdə ona əzab verər.
2. Qəbiri onun üçün dar edər.
3. Qəbiri onun üçün zülmətli və qaranlıq edər.
Qiyamətdə düçar olacaqları:
1. Allah bir mələyi vəzifələndirər ki, onu üzü üstə torpağa vursun və məhşər əhli də ona tamaşa etsin.
2. Əməllərinin hesabı çətin və dəqiq aparılar.
3. Allahın rəhmət və məhəbbətinə nail ola bilməz və ağrılı əzaba düçar olar. Deyerler.