Fatimə Zəhranın (s) buyurduğu gözəl kəlamlarından yazın?


ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Analar Bayramı olan həzrəti Fatimə Zəhranın (səlamullahi əleyha) təvəllüd gününün münasibəti ilə, ABNA saytı iki dünya xanımlarının tacı, bütün aləmin yaranmasının əsas hədəfi, Beheşt cavanlarının, Həsən ilə Hüseynin (əleyhimə səlam) Anası, Allah Təalanın məxluqatları üzərindəki höccətinin buyurduqları gözəl kəlamlarını tərcümə edərək saytımızın izləyicilərinə töhfə edir.

1- Əhli Beytin (əleyhimus səlam) məqam və mənziləti:
Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Əzəmət və Nuruna xatir göylərdə və yerdə olanların hammısının vəsilə ilə ona yaxınlaşmaq istədikləri Allaha həmd və səna edin. Biz Onun (Allah Təalanın) yaratdıqları sırasındakı vəsilələrik. Biz Onun dərgahının məxsus kəsləri və müqəddəs məkanlarıyıq. Biz Onun (yaratdıqlarının) gözlərinə görsənmədiyi qeybində höccətlərik (admin: Həzrəti Zəhra Əthər səlamullahi əleyha bununla demək istəyir ki, Əhli Beyt əleyhimus səlam Allah Təalanın Xəlifələri və Onun Hakimiyyətinin yer üzündəki bilavasitə nümayəndələridir. Onların sözündən çıxmaq Allah Sübhanəhu Təalanın sözündən çıxmaq və onlara qarşı çıxmaq Allah Təalaya qarşı çıxmaqdır. Onları sevmək Allah cəllə cəlaluhunu sevmək, onlara itaət etmək Allah Təalaya itaət etməkdir. İbadət isə yanlız yenilməz qüdrət sahibi olan kainatın yaradıcısı Allah Təalaya məxsusdur.)” - (Şərhi Nəhcül Bəlağə İbni Əbil Hədid, Cild. 16, Səh. 211)

2- Həzrəti Fatimə Zəhra (səlamullahi əleyha) İmam Əlini (əleyhi səlam) tanıtdırır:
Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “O, (Əli ibn Əbu Talib əleyhi səlam) Rəbbani və İlahi rəhbərdir, Nurun təcəssümü və bütün mövcudların diqqət mərkəzidir, Pak (və şirkə aludə olmayan) nəslin övladıdır, Haqqı söyləyən hidayətçidir. O, İmamlığın və Liderliyin dairə mərkəzidir.” Riyaheyni Şəriə, Cild. 1, Səh 93

3- İxlasla ibadət etməyin faydaları:
Həzrət Fatimə Zəhra (s) buyurub: “Hər kəs Allaha xaliscəsinə ibadət edib, Allah xatirinə işlərini görərsə, Allah Təala ən layiqli məsləhət və bərəkətlərini ona əta edər.” Tənbihul Xəvatir (Məcməul Vərram), Səh. 108 və 437 – Biharul Ənvar, Cild. 67, Səh. 249, Hədis 25

4- Xanım Zəhranın (səlamullahi əleyha) Şiələri üçün etdiyi duaları:
Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “İlahi! Ey Mövlam mənim! Özüvün seçdiyin Övliya və Şəxsiyyətlərə xatir, övladlarımın (Şəhadətimdən sonra) mənim ayrılığıma görə, dalımca ağlamaqlarına xatir Səndən mənim və (pak) övladlarımın günahkar Şiələrini bağışlamağıvı diləyirəm.” Kövkəbu Durriy, Cild. 1, Səh. 254

5-Cənnətin ən üstün şəxsləri Şiələrdir:
Həzrət Fatimə Zəhra (s) buyurub: “Bizim Şiələrimiz, həmçinin bizi və övliyalarımızı sevənlər, düşmənlərimiz ilə düşmənçilik edənlər, habelə dili və qəlbi ilə bizə təslim olanlar Cənnətin ən üstün şəxsləridirlər.” - Biharul Ənvar, Cild. 68, Səh. 155, 11-ci hədisin bir hissəsi.

6- Həzrət Fatiməyə (s) üç gün səlam verməyin təsiri:
Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Hər kim atama və mənə üç gün davamlı sürətdə salam göndərə Allah Cənnəti ona vacib edər. Ravi deyir Xanıma belə ərz etdim: Atanızın və sizin həyatda yaşadığınız zaman? Buyurdular: Bəli həm həyatda yaşadığımız zaman həm də, dünyanı dəyişdiyimzdən sonra (kim bizə üç gün səlam versə Cənnətə daxil olar).” - Biharul Ənvar. Cild 43. Səh. 185. Həd. 17

7- Qadınlar üçün ən yaxşısı nədir?
Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Qadının şəxsiyyətini qorumaq üçün ən yaxşı yol budur ki, heç bir (naməhrəm) kişiyə baxmaya və kişilərin gözünə görsənməyə” - Biharul Ənvar. Cild 43. Səh. 54. Hədis. 48

8- Xanım Fatimə (s) həzrəti Əlidən (ə) onun qəbrini ziyarət etməsini istədi:
Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) ömrünün son çağlarında həzrəti Əliyə (əleyhi səlam) buyurdu: “Ey Əbəl Həsən (İmam Əli)! Vəsiyyət edirəm ki məni yaddan çıxartmayasan və dünyamı dəyişdikdən sonra (qəbrimin üzərinə gəlib) məni ziyarət edəsən.” - Zəhrətu Riyaz – Kövkəbu Durriy. Cild 1. Səh. 253

9- Qadınların cənazəsi tabutda bilinməməlidir:
Bərəkətli ömrünün son anlarında Əsmaya belə vəsiyyət etdi: “Qadın dünyasını dəyişdikdən sonra onun cəsədi üzərinə sadəcə bir parça atıb dəfn olunmasını çox ayıb və pis bir iş bilirəm. Çünki bəzi nalayiqlər onun cüssəsini görüb digərləri üçün danışırlar. Buna görə də, məni ətrafı örtülməmiş və bədənim müşahidə olunan tabut daxilində qərar vermə. Allah səni Cəhənnəm atəşindən qoruyub saxlasın.”
Təhzibul Əhkam. Cild. 1, Səh. 429, Kəşful Ğummə. Cild. 2, Səh. 67 və Biharul Ənvar Cild. 43. Səh. 189, Həd. 19.

10- Əsil Hicablı qadın necə olmalıdır?
Kor bir kişi evə daxil olduğu an həzrəti Fatiməyi Zəhra (səlamullahi əleyha) gizləndi. Həzrəti Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alih) gizlənməsinin səbəbini ondan soruşduqda Xanım Fatimə (səlamullahi əleyha) belə cavab verdi: “Əgər o kor kişi məni görmürsə mən ki, onu görürəm. Bundan əlavə kişi xaylaqları qadının qoxusun hiss edirlər.” - Biharul Ənvar. Cild. 43. Səh. 91. Həd. 16 – Ehqaqul Həqq Cild. 10. Səh

11- Xanım Fatimə (səlamullahi əleyha) nümunəvi ana və həyat yoldaşıdır:
Həzrəti Fatimə (səlamullahi əleyha) ömrünün son anlarında həyat yoldaşı Əmirəl Möminin həzrəti Əliyə (əleyhi səlam) belə vəsiyyət etdi: “Məndən sonra bacım qızı Əmamə ilə ailə həyatı qur. Çün ki, o övladlarım ilə mənim kimi davranacaqdır. Birdə hər bir halda kişilərin qadınlara ehtiyacı vardır.” - Biharul Ənvar Cild 43. Səh 192. – Əyanul Şiə. Cild 1. Səh. 321.

12- Cənnət ananın ayaqları altındadır:
Həzrət Fatimə Zəhra (s) buyurub: “Daim ananın xidmətində dur və onun yanında qal. Çün ki, Cənnət ananın ayaqları altındadır...” - Kənüz Ümmal. Cild. 16. Səh. 462. Hədis. 45443

13- Kimlər orucun faydalarından bəhrələnə biləcək?
Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Oruc tutan şəxs əgər gözün, dilin, qulaqların və digər bədən əzalarını kontrol etməzsə öz orucundan heç bir fayda aparmayacaq.” - Mustədrəkul Vəsail. Cild. 7. Səhifə 336. – Biharul Ənvar. Cild 93. Səh. 294. Hədis. 25.

14-Mömün və kafir ilə təbəssümlə davranmaq:
Həzrət Fatimə Zəhra (səlamullahi əleyha) buyurub: “Mömün insanla təbəssüm edib, onunla gülər üz davranmaq insanı Cənnətə aparar. Kafirin üzünə gülümsənib, onunla təbəsmmlə davranmaq isə, insanı Cəhənnəm əzabına düçar edər.”
İmam Həsən Əskərinin Təfsiri. Səh. 354. Hədis. 243. Müstədrəkul Vəsail. Cild 12. Səh. 262. – Biharul Ənvar. Cild. 72. Səh. 401. Həd. 43

15- Gigeniyaya riayət etmək:
Həzrət Fatimə Zəhra (s) buyurub: “Xörək yedikdən sonra əllərini yumayan şəxs (xəstələndiyi zaman) özündən başqa heç kimi danlamağa ixtiyarı yoxdur.”
Kənzul Ümmal. Cild 15. Səh. 242. Hədis. 40759.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter