İslam maarifinə əsasən düşünərək addım atan bəndə ziyan görməz!


İnsan yaşayışında fikirləşərək addım atsa ən azı bu 15 faydaları qazanar:

1-Günahın aqibətini fikirləşən tövbə edər.

2-Dünyanın fani olmasını düşünən dünya malına vurğun olmaz.

3-Allahın ne’mətləri haqqında düşünən şəxs Allaha məhəbbət bəsləyər.

4-İbrətamiz hadisələrdə fikirləşmək təvazökarlığa səbəb olar.

5-Ölüm haqqında düşünmək nəfsin istəklərini nəzarət altına alar.

6-Böyük şəxsiyyətlər haqqında fikirləşmək insanın inkişaf etməsinə səbəb olar.

7-Bütün işlərinin nəticəsini qabaqcadan fikirləşən şəxs günah etməz.

8-Allahın cəzasını fikirləşən şəxs Ondan qorxub həya edər.

9-İnsan öz zəifliyi haqqında fikirləşsə Allaha təvəkkül edər.

10-Tarixdə baş verən hadisələr haqqında düşünən şəxs ibrət alar.

11-Yaranmışlar haqqında fikirləşən şəxs Allaha iman gətirər.

12-İlahi hökmlər haqqında düşünən şəxs Allahın fərmanı qarşısında tə’zim edər.

13-Əxlaq pozğunluqları haqqında fikirləşən şəxs özünü doğru yola yönəldər.

14-Başqa insanların düşdüyü çətinliklər haqqında fikirləşən şəxs hərəkətini plan üzrə edər.

15Ata-ananın mehribanlıqları və yaxşılıqları haqqında düşünən şəxs onlarla yaxşı rəftar edər, zəhmətini çəkən zamanda özünü borclu bilib zövq alar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter