Özümüzü insanlara necə sevdirək?!


İnsanların əksəriyyəti özlərini hamıya tanıtdırmaq istəyirlər. Hamının onları sevmələrini və hamıya təsir qoymalarını arzusulayırlar.

İstəyirlər ki, danışdıqları zaman hamının diqqəti onlarda olsun. Bu kimi istəklər insanların əksəriyyətində mövcuddur. Buna görədir ki, bəziləri bu istəklərini həyata keçirə bilmək üçün çox qəribə və qeyri-adi işlərə əl atır, bu yolla insanların nəzər diqqətini özlərinə cəlb etmək istəyirlər. Hərçənd ki, bir çox hallarda bu hərəkətləri ilə əksinə insanların gözündən düşürlər. Hətta bəzilərinin nifrətlərinə belə məruz qalırlar.

Onların qeyri-adi hərəkətləri müxtəlif şəkillərdə olur, qəribə modalardan istifadə etmək, qeyri-adi paltarlar geymək, saçlarını təəccüblü formada kəsdirmək, xoşagəlməz sözlər danışmaq, camaatın gözü qarşısında güclərini göstərmək, kiminləsə ucadan mübahisə etmək, başqalarını istehza etmək və sair bəyənilməz işlərə əl atırlar.

Yəqin ki, siz də bu cür insanlara rast gəlmisiniz.

Amma sevilməyə səbəb olan yollar bunlardır:

1- Xüsusi bir iş görmək lazım deyil. Olduğumuz kimi görünməyimiz kifayət edər. Qəribə və təəccüblü işlərlə insanları diqqətini özümüzə cəlb etməkdən çəkinək.

2- Ədəbli olaq, insanlara ehtiram edək və hörmətlə davranaq.

3- Bihudə və mənasız sözlər danışmayaq, dilimizi qoruyaq. Sükutdan daha çox istifadə edək və yalnız bizdən söz soruşularkən cavab vermək məqsədilə danışaq.

4- Niyyətimizi pak və xalis edək, insanlar barədə yaxşı şeylər düşünək, onların etdiklərini və hərəkətlərini yaxşıya yozaq.

5- Zahirimizə, yəni geymimizə də diqqət yetirək, təmiz və səliqəli geyinək.

6- Heç kimi istehza etməyək, yoxsa bir çoxlarının bizə nifrət etmələrinə bais olarıq. Çünki insanların istehza edilən adamlara ürəyi yanır, onlar həmin şəxsi dəstəkləyir, istehza edənə isə nifrət edirlər.

Ola bilsin çoxlarınız bu altı qaydaya təəccüb etdiniz və onları çox adi şey hesab edirsiniz. Amma həqiqət budur. Qarışıq düsturlara, anormal iyləri olan odekalonlara, cırıq şalvarlara, gülməli saçlara, düşük rəftara, qeyri münasib danışıqlara ehtiyac yoxdur.

Sadəlik gözəlliyin özüdür.

Leonarda Davinçi deyib: Simplicity is the ultimate sophistication

“Sadəlik və bər-bəzəkdən uzaq olmaq ən yüksək kamal dərəcəsidir.”

Sadə bir zahirə mailk olmaq həqiqətdə sadə, pak, yaxşı niyyətli bir zehnə malik olmaqdan xəbər verir. Çünki gözəllik gözəlliyi cəzb etdiyi və çirkinliyi zəzb etmədiyi kimi, gözəl zehnləri özünüzə cəlb etmiş olacaqsınız. Nəticədə isə insanların sevimlisi olacaqsınız.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter