Hədislərdə din xadimləri üçün hansı xüsusiyyətlər deyilmişdir?
Din xadiminə aid olan xüsusiyyətlər.
1. İman və təqva, Peyğəmbər (s) buyurur: Təqvanın ən kamil həddir odur ki, bilmədiyini öyrənəsən və hər nəyi ki, bilirsən əməl edəsən”,
2. Elm və bilik, Peyğəmbər (s) buyurdu: “Dünya və axirət xeyri elmlə, şərri isə cahilliklədir”.
3. Əxlaq və ədəb, Peyğəmbər (s) buyurur: “Əxlaqınızı gözəlləşdirin, qonşularınızla mehriban olun, qadınlarınızın hörmətini qoruyub saxlayın. Bu əxlaqi səciyyələri özünüzdə cəmləşdirin ki, hesab-kitabsız cənnətə daxil olasınız.
4. Zaman, məkan və tərəf müqabili olan dinləyicini tanımaq, Rəvayətdə gəlmişdir: Bəsirətli insan o insandır ki, eşidə, yaxşı düşünə və baxa dünya təcrübələrindən faydalana, sonra da düzgün və aydın yolda addımlaya.
5. Gündəlik məsələləri araşdırma və nəticə əldə etmə qüdrəti, İmam Sadiq (ə) buyurur: “Hər kim öz zəmanəsinin gündəlik məsələlərindən xəbərdar olsa, səhvlərin zərərlərinin axını altında qalmaz”.
6. Ciddiyət və calışmaq, Peyğəmbər (s) dan nəql olunur: Bəzi günahlar namaz və orucla bağışlanmaz! Soruşuldu ey Allahın Elçisi: Bəs nə ilə bağışlatmaq mümkündür? Buyurdu: Yaşayışda (vəzifələrinizi yerinə yetirmək) ciddiyyət və çalışqanlıq göstərmək onları bağışladar.
7. Səxavətli və əli açıq olmaq, 8. Mərhəmətli və ürək yanan olmaq, “Peyğəmbər (s) buyurmuşdu: “İnsanların ən xeyirlisi insanların insanların (ən) faydalısıdır”.