Hansı insanlar infaq və kömək olunmağa daha layiqlidirlər?
Bağışlamaq və infaq etmək çox bəyənilən əməllərdəndir. İstər verdiyin insanlar dindar olsunlar, istərsə də dində olmayanlar. Hətta mətbuatda oxuyuruq ki, filan oyunçu filan xeyir cəmiyyətinə infaq etdi və ya filan ehtiyacı olan ailənin əlindən tutub, yardım etdi. Bu xəbəri oxuyan hər kəs həmin oyunçunu tərifləyib onun haqqında yaxşı sözlər deyərlər. (Tebyan)
Dinimiz infaq etməyi bəyənilən əməllərdən hesab edir. Peyğəmbərimz (s) çox bağışlayan insan idi. həmçinin Məsum İmamlarımız (ə) da infaq mövzusunda həmişə başqalarından fərqlənirdilər.
Qurani-Kərim buyurur: “Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: «(Malın növü mühüm deyil, mühüm odur ki,)xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir”. (“Bəqərə” 215).
Bu ayədə 5 dəstə insana işarə edilmişdir.
1. Quranın nəzərinə görə infaq üçün ən layiqli insanlar - ata və anadır. Valideyn əgər öz maddi ehtiyacını ödəyə bilmirsə, övladın öhdəsinə düşür ki, onun ehtiyaclarını aradan qaldırsın. Övlad istər oğlan olsun, istərsə də qız. Hər ikisi də gərək öz valideyninə yardım etsin. Onlar bir ömür öz övladları üçün zəhmət çəkiblər. Ona görə də Quran buyurur ki, ilk yardım edə biləcəyin insanlar valideynlərin olmalıdır.
2. İkinci dərəcədə ən yaxın qohumlar nəzərdə tutulur. Yəni, insanla qan qohumluğu olan ən yaxın qohumları: bacıcı, qardaşı, xalası, bibisi... kimi.
3. Üçüncü sırada yetimlər durur. İslam Peyğəmbəri (s) də yetimlərə yardım edilməsini həmişə tövsiyə edərdi. Yetimlərə edilən yardım gərək davamlı və tərtiblə olsun. Misal üçün, əgər bir yetimə təhsili ilə bağlı yardım edilirsə, gərək davamlı olsun ki, təhsilini başa vura bilsin.
4. Yoxsullar dördüncü sırada gəlir. Yoxsul o kəsə deyilir ki, çox çətin bir vəziyyətdə yaşayır. İnsan o qədər ehtiyac sahibidir ki, sanki torpağa düşübdür və hərəkət etməsi üçün gücü yoxdur.
5. Yolda qalmışlar beşinci sırada gəlir. Bu, o insanlardır ki, səfərlərini davam etdirmək üçün pullarını itiriblər. Ya da malları oğurlanıbdır. İndi əliboş qalıblar. Ona görə də başqalarının yardımına ehtiyacları vardır. Baxmayaraq ki, bu insanlar öz vətənlərində ehtiyacsızdırlar, lakin hal-hazırda yardıma möhtacdırlar.
Bu ayənin axırında oxuyuruq ki, edilən bu infaqın elan edilməsi lazım deyildir, onu Allah bilir – bu, kifayətdir.
İbni Mehran nəql edir: “Mən İmam Həsənin (ə) yanına gəlmişdim və o, etikafda idi. Bir nəfər İmamın (ə) yanına gəlir və deyir: “Borcluyam və onu qaytarmağa qüdrətim yoxdur. Borc verən məni həbsə atdırmaq istəyir”. İmam Həsən (ə) buyurur: “Sizin borcunuzu qaytarmaq üçün pulum yoxdur”. Həmin kişi İmama (ə) dedi: “Siz əgər gəlib onunla söhbət etsəniz, bəlkə sizə xatir məni həbsə atdırmaz”.
Gördüm ki, İmam (ə) kəfənini geyinib məsciddən çıxmaq istəyir. Həzrətə (ə) dedi: “Məgər unutmusunuz ki, etikaf halındasınız. Siz gərək məsciddən çıxmayasınız”. İmam (ə) buyurdu: “Unutmamışam, ancaq atam Peyğəmbərdən (s) nəql etmişdi ki, buyurub: “Əgər kimsə möminin işindəki düyünü açar və hacətini yerinə yetirər o kəs kimi olar ki, Allaha 9 min il ibadət etmişdir. Gündüzləri oruc və gecələri ibadətdə keçirtmişdir””.
İmam Sadiq (ə) buyurur: “Cümə günü iki mələk bu cür dua edər: “Allahım, hər infaq edənə əvəzini əta et və hər simici malının tələf olmasına düçar et””.
İmam Həsənə (ə) simicliklə bağlı sual verirlər. Həzrət (ə) belə cavab verir: “Mənası budur ki, insan o şeyi ki, başqasına infaq edir və ya kömək edir – belə fikirləşər ki, əldən verdi və tələf oldu. O şeyi ki, saxlayıb – xəyal edər ki, onun üçün qalıbdır, şərafət və şəxsiyyətinə səbəb olacaqdır”. Deyerler