Tövhidin göstəricisi olan kiçik məxluqların həyatından bir neçə nümunə yazın?
Biz bu dünyanın maraqlı və möcüzəli məxluqatı arasında yaşadığımız ücün bunlara adət etmişik.
Misal ücün:
1)Bizim ətrafımızda həddən artıq kiçik heyvan və həşaratlar yaşayırlar ki, bunların bəzilərinin həcmi ola bilsin ki, bir-iki millimetrdən artıq deyil. Bununla belə, onların da böyük heyvanlar (hətta insanlar) kimi əli, ayağı, başı, gözü, qulağı, hətta beyni və sinir sistemləri vardır.
Əgər bir qarışqanın beynini mikroskop altına qoyub baxsaq, onun təəccüblü və maraqlı olduğunu görərik. Qarışqanın bədəninə başçılıq edən müxtəlif hissələr onun beynində bir-birinin yanında düzülmüşlər. Bu hissələrdən birinin fəaliyyətdən düşməsi qarışqanın bədəninin bir hissəsinin işdən düşməsinə səbəb olacaqdır.
Təəccüblü budur ki, qarışqanın iynə ucu boyda (bəlkə də kiçik) olan başında bir aləm zövq, mədəniyyət, hünər, huş və s. vardır. Belə ki, bir çox alim ömrünün çoxunu bu heyvanın üzərində gedən təcrübələrə həsr etmiş və qarışqaya aid olan digər maraqlı məsələləri öz kitablarında yazıb gələcək nəsillərə çatdırmışdır.
Bu heyvanda bu qədər zövqü, huşu və s. xəlq edən varlıq heç bir zövq və huşa malik olmayan təbiət ola bilərmi?
2)Atomların sirli dünyası.
Bildiyiniz kimi dünyada indiyədək kəşf olunmuş ən kiçik varlıq atom və onun təşkil olunduğu hissələridir. Atom o qədər kicikdir ki, ən böyük mikroskoplar (samanı dağ boyda göstərən mikroskoplar) da onu görməkdə acizdirlər.
Atomun nə qədər kiçik olduğunu öyrənmək üçün bunu bilmək kifayət edər ki, suyun bir damcısında dünyanın bütün adamlarının sayı qədər atom var. Bir santimetr uzunluğunda nazik bir simin (məftilin) içində olan protonları saymaq istəsək və bu işdə min nəfər insan da bizə kömək etsə, hər saniyədə protonların birini ayırsaq, gecələri sübhə kimi qalmaq şərti ilə 30 ildən 300 ilə qədər (atomların müxtəlifliyinə görə) vaxt lazımdır ki, onların hamısını sayıb qurtaraq.
Bir santimetr simin içində bu qədər atomun olduğunu bildikdə, görün bütün dünyada (yer, göy, su hava və s.) nə qədər atom vardır? Bəşəriyyətin fikri onları saymaqdan yorulmazmı? (Əlbəttə, hamısını saymaq qeyri-mümkündür). Onların sayını yalnız onları və bütün dünyanı yaradan Allah bilir.
Atomlar tövhid dərsi öyrədirlər
Atom tanıma bu günkü zamanda olan elmlərin ən əsas və ən maraqlılarndan biridir. Bu kiçik varlıq bizlərə tövhid dərsi öyrədir. Çünki atom dünyasında dörd şey diqqəti daha çox cəlb edir:
1)Fövqəladə bir quruluş
İndiyə qədər elektronlarının sayı tədricən birdən başlayan və yüzdən yuxarıda qurtaran yüzdən çox ünsür kəşf olunmuşdur. Bu təəccüblü quruluşun şüursuz bir varlıq tərəfindən yaradılması ağla-sığmazdır.
2)Qüvvələrin bərabərliyi
Bilirik ki, iki əksqütblü elektrik qüvvəsi (mənfi və müsbət) bir-birini cəzb edir. Buna əsasən, gərək, mənfi elektriki olan elektronlar və müsbət elektriki olan elektronlar bir-birini cəzb etsin.
Başqa bir tərəfdən də bilirik ki, elektronların öz mərkəzləri ətrafında hərəkəti dəfetmə qüvvəsi yaradır. Buna əsasən, dəfetmə qüvvəsi elektronları atom mühitindən uzaqlaşdırmaq istəyir. Cazibə qüvvəsi isə elektronları cəzb edib atomları məhv etmək istəyir.
Burada gərək diqqət edək və görək ki, necə də dəqiq hesablama sayəsində cazibə və dəfetmə qüvvəsi atomlarda quraşdırılıb. Elektronlar nə qaça bilir, nə də cəzb oluna bilirlər və həmişə bərabər səviyyədə hərəkətdədirlər. Belə bir quruluşu və bərabərliyi kor-koranə bir təbiət yarada bilərmi?
3)Hər biri öz xəttində
Dedik ki, atomlardan bəzilərinin çoxlu elektronları vardır. Lakin bu elektronların hamısı bir xətt üzrə hərəkət etmir. Əksinə, onların hər birininn özünə məxsus müəyyən bir hərəkət xətti vardır. Milyon illərlə bu elektronlar bir-biri ilə toqquşmadan, sürətlə öz xəttləri üzrə hərəkət edirlər.
Onların hərəsini öz xəttində yerləşdirmək və nizamla hərəkətə gətirmək sadə işdirmi?
4)Atomun əzəmətli qüvvəsi
Atomun əzəmətli qüvvəsini bilmək ücün təkcə aşağıdakı məsələni bilmək kifayət edər.
1945-ci ildə Meksikanın quraq səhralarının birində atom bombası təcrübəsi aparıldı. Çox kiçik bir atom bombasını poladdan hazırlanmış bir binanın üstünə atdılar. Partlayış nəticəsində bina əriyib suya dönmüş, daha daha sonra isə buxara çevrilmiş, partlayış zamanı dəhşətli bir alov və səs (partlayış səsi) çıxmışdı. Alimlər oraya gəldikdə qaladan hec bir əsər-əlamət görmədilər.
Həmin ildə amerikalılar tərəfindən Yaponiyanın Xirosima (6 avqust 1945) və Naqasaki (9 avqust 1945) şəhərlərinə kiçik atom bombası atıldı. Xirosimada 30-40 min nəfər ölmüş, həmin miqdarda insan yaralanmış və radioaktiv şüalanmaya məruz qalmışdı. Naqasikidə isə 70 min nəfər ölmüş və 70 min nəfər yaralanmışdır. Buna görə də Yaponiya Amerikaya təslim olmaq (boyun əymək) məcburiyyətində qalmışdır.
Mütərcimdən: Atom bombası, nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. İlk atom bombası ikinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımi dərinlikdə ) partladıla bilər.
1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (6 avqust) şəhərlərinə partlayış gücü 20 min «T» trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. (Yaponiyada olan tələfatın sayında kitabda deyilənlə buradakı miqdarda fərq vardır). Xirosomada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, 160 minə yaxın adam yaralanmış və radioaktiv şüalanmaya məruz qalmışdır. Naqasikidə isə 73 mindən adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. (Azərbaycan Sovet Ensiklopediyası).
Təkcə bir atom haqqında mütaliə etmək insanın Allahı tanımağına kifayət etməzmi? Belə nəticəyə gəlmək olar ki, Allahın varlığına dünyada olan atomların sayı qədər sübut vardır. Qurani Məcid bu barədə buyurur: «Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Allahın sözləri (yazılıb) tükənməzdi.» (Loğman, 27).