İmam Əlinin (ə) nəsihətlərindən yazın?


Təqvalılar mövlası Əli (ə)-dən 10 tövsiyə:

1. Allah qorxusundan ağlamaq qəlbi nurlandırır, günaha qayıdış yolunu bağlayır...

2. Rahatlıq üç şeydədir: Münasib zövcə, xoş rəftarlı övlad və müvafiq dost...

3. Dünyada Allahdan qorxan şəxs axirətdə bu qorxudan azaddır...

4. Əmanəti onu sənə tapşırana qaytar, xəyanət edənə isə xəyanətlə cavab vermə...

5. Gələcək nəsil sizdən ibrət götürməmiş siz keçmiş nəsillərdən ibrət götürün...

6. Cisminiz dünyanı tərk etməmiş qəlbləriniz dünyanı tərk etsin...

7. Fasiq və günahkar insanlardan, Allaha itaətsizlik yolunu tutanlardanuzq ol...

8. Dünyadan qorx - o, şeytan tələsi, imanın qənimidir...

9. Sizin üçün ən çox qorxduğum şey nəfs istəklərinə itaətiniz, uzun-uzadı arzularınızdır...

10. İnsanların ən güclüsü öz nəfsinə qalib gələndir... nardaranpiri.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter