Niyə bəziləri dindən üz çevirirlər?
Dindən üz çevirmələrə səbəb olan amillər aşağıdakılardır:
1-Dini düzgün tanımamaq,
İnsanların dindən üz çevirməsinin birinci səbəbi odur ki, dinin insan həyatında rolu və nə qədər əhəmiyyətini bilməmələrindən irəli gəlməsidir. İmam Rza (ə) buyurur: “Əgər insanlar bizim sözlərimizin gözəllik və faydalarını bilsəydilər, bizlərə qulaq asardılar”. (Bihar əl-Ənvar, cild: 2, səh: 30.
Bəzi insanlar namaz qılmırlar soruşduqda ki niyə namaz qılmırsan? Cavabında deyir: Allahın bizim namazımıza nə ehtiyacı var! Qiyamət hesab kitabında isə insan deyər: İlahi cahillik və bilməməzdik üzündən sənin əmrinə qulaq asmadım.
2-Dində xurafat və pis əməllərin artırılması,
Bəzi insanlar din və məktəblərdən uzaqlaşırlar. Çünki gözəl ilahi dinlərə cahil dindarlar və alim düşmənlər tərəfindən dində insan fitrətinə zidd olan xurafatlar artırılır. Bu xurafatlar səbəb olur ki, insanlar ilahi dinlərdən üz çevirsinlər.
Necə ki, əgər bir sussuza bir istəkan su verilsə, bütün canı ilə ona tərəf gələr, amma əgər istəkanın içində bir milçək öldüyünü görsə o nəqədər də sussuz olsa onu kənara qoyar.
3-Dindən düzgün anlayış əldə etməmək, Yəni dində olan əmrlərin fəlsəfəsini bilmədən hökm etmək.
4-Bəzi dindarların pis rəftarları,
Bəzi insanların dindar siması altında başqalarına insan ruhiyyəsinə zidd əməl və rəftar etməsi. Təmiz yeməyin çirkli insanın əli ilə ac adama verilməsi kimi.